05 Oktyabr 2024 | 09:43
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Bakı Dövlət Universitetinin tələbələri Respublika QİÇS-lə Mübarizə Mərkəzində olublar

Bakı Dövlət Universitetinin tələbələri Respublika QİÇS-lə Mübarizə Mərkəzində olublar

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Bakı Dövlət Universitetinin tələbələri Respublika QİÇS-lə Mübarizə Mərkəzində olublar
Bakı Dövlət Universitetinin tələbələri Respublika QİÇS-lə Mübarizə Mərkəzində olublar

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələri ilə görüş keçirilib.

RQMM-in direktoru Famil Məmmədov tələbələri Azərbaycanın zəngin tarixə malik, ilk ali təhsil ocağında təhsil almaları münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb. Direktor tələbələrin Mərkəzin fəaliyyəti ilə bağlı tanışlıq təşəbbüslərini xüsusi vurğulayıb. F.Məmmədov sağlamlıq ocağında sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) aşkarlanması, Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) müalicəsi istiqamətində görülən işlərdən, eləcə də burada qanunvericiliyin tələblərinə uyğun müayinə və müalicənin  yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, Mərkəzin lazımi avadanlıqlarla təchiz olunmuş şöbələri, müasir tələblərə uyğun laboratoriyası mövcuddur.

Görüşdə RQMM-in Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyevin “Azərbaycanda İİV infeksiyası/QİÇS-lə bağlı epidemiolojı vəziyyət və mübarizə tədbirləri” mövzusunda təqdimatı maraqla dinlənilib. RQMM-in direktor müavini Günəş Cəfərova İİV infeksiyasının diaqnostikası, müalicəsi və profilaktika ilə bağlı suallara aydınlıq gətirib.

Tələbələr Mərkəzin laboratoriyasındakı müayinə prosesi ilə yaxından tanış olublar.

Sonda RQMM-in əməkdaşları tərəfindən hazırlanmış “Metodik tövsiyyələr” tələbələrə təqdim edilib və onlarla xatirə şəkli çəkdirilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun