05 Oktyabr 2024 | 01:35
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Bakıda 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib

Bakıda 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib

  • Əsas səhifə
  • -
  • Mətbuatda haqqımızda
  • -
  • Bakıda 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib
Bakıda 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib

Azərbaycan Səhiyyə Nazirliyinin, Ölkə Əlaqələndirmə Komissiyasının və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib.

Açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov QİÇS/İİV infeksiyası problemi ilə bağlı mübarizə, o cümlədən bu istiqamətdə elmi araşdırmaların davam etdirilməsini bildirib. Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda bu xəstəlik və virus daşıyıcılığı ilə bağlı vəziyyət səhiyyə sahəsinə ağır yük olmayan problem kimi qəbul edilir. Eyni zamanda, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu xəstəlik tibbi problemlərlə yanaşı, sosial problemlər də doğurur. Bu sosial-ictimai problemlər virus daşıyıcıları olan şəxslərin stiqmatizasiyası ilə bağlıdır. Onların cəmiyyət tərəfindən qəbul olunmaması, rədd edilməsi, diskriminasiyaya məruz qalması halları var. Tibbi məsələlər tədricən həll edildikcə bu sosial problemlər ön plana çıxır. Bu sahədə böyük işlər görmək lazımdır.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov hazırda ölkəmizdə QİÇS-lə bağlı epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu vurğuladı: “Təqdirəlayiq haldır ki, Azərbaycanda infeksiyaya yoluxma əsasən yüksək riskli qruplar arasında olur və uzun müddətdir ölkəmizdə bu virusun təmərküzləşmiş mərhələdə saxlanılmasına nail olunub”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) departament rəhbəri Yaqut Qarayeva QİÇS pandemiyasının çox uzun zamandır elan olunduğunu və hələ də davam etdiyini bildirdi: “QİÇS/İİV infeksiyası ilə bağlı insanlar arasında maarifləndirici tədbirlər həyata keçirilməlidir. Bu problemin qarşısının alınması hər bir insanın öz əlindədir”.

Tədbirdə “Ölkəmizdə QİÇS/İİV-lə bağlı cari vəziyyət və görüləcək işlər” adlı təqdimatla RQMM-in direktoru Famil Məmmədov çıxış edib. Bildirib ki, Azərbaycanda bu infeksiya əsasən yoluxmağa yüksək riskli qruplar arasında yayılıb: “Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daim dəstəyi sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verir”.

Öz çıxışında mərkəzin direktoru həmçinin statistik məlumat verib. Onun sözlərinə görə, cari ilin 10 ayı ərzində İİV-ə yeni yoluxma hallarının sayı 695 təşkil edib: “Onlardan 680-i Azərbaycan vətəndaşlarında, 15-i isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınan 680 ölkə vətəndaşından 463-ü kişi, 217-si qadındır. Ümumilikdə 8500 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. QİÇS mərhələsində olan vətəndaşlarımızın sayı 1993 nəfər, İİV infeksiyasından dünyasını dəyişmişlərin sayı isə 1237 nəfərdir”.

Tədbirdə mövzu ilə əlaqəli digər təqdimatlar da dinlənilib. Çıxış edənlər ölkəmizdə QİÇS-lə mübarizə sahəsində hökumət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığının verəcəyi səmərəni xüsusi vurğulayıblar.

Konfrans daha sonra öz işini müzakirələrlə davam etdirib.   sehiyye.gov.az

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun