07 Oktyabr 2024 | 09:48
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Bakıda İİV infeksiyalarının müalicəsi ilə bağlı müasir müalicə üsulları müzakirə olunub

Bakıda İİV infeksiyalarının müalicəsi ilə bağlı müasir müalicə üsulları müzakirə olunub

  • Əsas səhifə
  • -
  • Mətbuatda haqqımızda
  • -
  • Bakıda İİV infeksiyalarının müalicəsi ilə bağlı müasir müalicə üsulları müzakirə olunub
Bakıda İİV infeksiyalarının müalicəsi ilə bağlı müasir müalicə üsulları müzakirə olunub

Yerli və xarici mütəxəssislər ilə təcrübə və bilik mübadiləsi aparmaq məqsədilə “R-Pharm” Şirkətlər Qrupu Azərbaycanda “İİV infeksiyalarının müalicəsində müasir istiqamətlər və strategiyalar” mövzusunda elmi konfrans keçirib.

Tədbirdə Respublika QİCS-lə Mübarizə Mərkəzinin aparıcı mütəxəssisləri və regional mərkəzlərdən həkimlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Mərkəzin direktor müavini Səbinə Babayeva Azərbaycanda İİV infeksiyasının yayılması ilə bağlı məlumat verib.

S.Babayevanın sözlərinə görə, son bir neçə ildə risk qrupları arasında həyata keçirilən tədbirlər və profilaktik işlər sayəsində infeksiyanın ölkədə yayılmasının qarşısını almaq mümkün olub.

Daha sonra Çenqdu İctimai Səhiyyə Klinik Tibbi Mərkəzinin Yoluxucu Xəstəliklər şöbəsinin direktoru, Çin Respublikasının Səhiyyə üzrə Milli Şurasının QİÇS-lə mübarizə Klinik ekspert qrupunun üzvü, professor Şenq- Xua-Xö (Sheng-Hua HE) ən son Aykeninq (albuvirtid) preparatının İİV müalicəsində perspektivləri haqqında məruzəsi dinlənilib.

Professor Şenq-Xua Xö qeyd edib ki, Aykeninq yeni nəsil preparatdır və tablet formalarından fərqli olaraq, uzunmüddətli təsir göstərən preparatdır. Preparatı dərmana dözümlü olan pasiyentlərin müalicəsində digər vasitələr ilə kombinə etmək olar, bundan əlavə, preparat əsas İİV ştamlarına qarşı effektivdir.

Professorun sözlərinə əsasən, alimlər artıq uzun müddətdir ki, İİV müalicəsində uzunmüddətli təsirə malik preparatlar üzərində çalışırlar. 

Xatırladaq ki, Aykeninq (albuvirtid) preparatının Rusiya və Azərbaycan bazarına çıxarılması üçün “R-Pharm” Şirkətlər Qrupu Çinin “Friontier Biotech” şirkəti ilə razılaşma imzalayıblar.

Elmi konfransın yekununda iştirakçılar İİV infeksiyalarının diaqnostikası və müalicəsində ÜST-ün xəstəliyin müalicəsində dərman terapiyası strategiyası əsasında işlənib hazırlanmış müasir kliniki tövsiyələri müzakirə ediblər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun