07 Oktyabr 2024 | 08:57
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Bakıdakı 45 nömrəli orta məktəbdə “QİCS-ə qarşı mübarizə”adlı maarifləndirici tədbir keçirilib

Bakıdakı 45 nömrəli orta məktəbdə “QİCS-ə qarşı mübarizə”adlı maarifləndirici tədbir keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Bakıdakı 45 nömrəli orta məktəbdə “QİCS-ə qarşı mübarizə”adlı maarifləndirici tədbir keçirilib
Bakıdakı 45 nömrəli orta məktəbdə “QİCS-ə qarşı mübarizə”adlı maarifləndirici tədbir keçirilib

Noyabrın 11-də  Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Bakıdakı 45 nömrəli  tam orta məktəbdə “QİCS-ə qarşı mübarizə” adlı maarifləndirici tədbir keçirib. Məktəbin yuxarı sinif şagirdləri və müəllimlərinin iştirak etdiyi tədbirdə məqsəd onları QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaq idi.

Məktəbin həkimi Samirə Bağırova çıxışında bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi dəyərlərinə, insanların həyatına, sağlamlığına ciddi maneə olduğunu bildirib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin infeksionist həkimi Emilya Şahbazova isə çıxışında şagirdlərə sağlam həyat tərzi nədir və sağlam olmaq üçün nələrə əməl edilməsi haqqında tövsiyələr verib. Həkim şagirdləri narkotika istifadəçiləri arasında geniş yayılan İnsanın İmmunşatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı məlumatlandırıb. Virusa yoluxma yolları, qorunma və müalicə üsullarından danışan həkim çagirdləri zərərli vərdişlərdən uzaq olmağa, ən əsası isə bu sahədə mövcud bilgiləri mənimsəməyə çağırıb.

Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun