05 Oktyabr 2024 | 00:09
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Bakıdakı “İdrak” liseyində İİV-lə bağlı maarifləndirici tədbir keçirilib

Bakıdakı “İdrak” liseyində İİV-lə bağlı maarifləndirici tədbir keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Bakıdakı “İdrak” liseyində İİV-lə bağlı maarifləndirici tədbir keçirilib
Bakıdakı “İdrak” liseyində İİV-lə bağlı maarifləndirici tədbir keçirilib

Bakıdakı “İdrak” liseyində Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib. “Sağlam gənclik – sağlam gələcək” adlı tədbirdə liseyin şagirdlərinə İnsanın İmmunçatışmazlığı Virusunun (İİV), törətdiyi fəsadlar, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) yoluxma yolları barədə məlumat verilib.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Samirə Vəliyeva çıxışında şagirdlərə sağlam həyat tərzini aşılayan tövsiyələr verib. Bildirilib ki, xəstəliklər üçün nə zaman, nə sərhəd, nə qadağa var. Diqqətsizlik, laqeydlik, biganəlik, pis vərdişlərə meyllilik QİÇS xəstəliyinə yoluxma riskini artıra bilər. QİÇS-in ölümcül xəstəlik olduğunu vurğulayan həkim, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa, ən əsası isə bu sahədə mövcud bilgiləri mənimsəməyə çağırıb. Tədbirdə diğər çıxış edənlər də xəstəliyin əsrin bəlası olduğunu qeyd ediblər.
Sonda şagirdlərə İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun