07 Oktyabr 2024 | 09:50
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Baku Medical Plazada İİV/QİÇS-in müayinə və müalicəsindən bəhs edən tədbir keçirilib

Baku Medical Plazada İİV/QİÇS-in müayinə və müalicəsindən bəhs edən tədbir keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Baku Medical Plazada İİV/QİÇS-in müayinə və müalicəsindən bəhs edən tədbir keçirilib
Baku Medical Plazada İİV/QİÇS-in müayinə və müalicəsindən bəhs edən tədbir keçirilib

Baku Medical Plazada Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) və Özəl Tibb Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə İİV/QİÇS-in müayinə və müalicəsindən bəhs edən tədbir keçirilib.

Tədbirin açılışında Özəl Tibb Müəssisələri Assosiasiyasının sədri Günel Əliyeva İİV-in profilaktikası, diaqnostikası və müalicəsində müasir yanaşmaların əhəmiyyətinə diqqət çəkib.

RQMM-in direktor müavini Səbinə Babazadə xüsusi təqdimatla çıxış edib. S.Babazadə dünyada və Azərbaycanda QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) bağlı mövcud epidemioloji vəziyyət, İİV (insanın immunçatışmazlığı virusu) indikatorları, onun terapiya və müalicəsi barədə ətraflı məlumat verib. Ölkəmizdə İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi ilə bağlı fikirlərini bölüşüb. Mərkəzin laboratoriya şöbəsinin müdiri Səbinə İbrahimova isə öz təqdimatında İİV-in laborator diaqnostikasından bəhs edib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğunu vurğulayan həkimlər bildiriblər ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.

Sonda mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim olunub.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun