07 Oktyabr 2024 | 08:25
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

BMT rəsmisi: “Azərbaycan İİV/QİÇS-ə yoluxmaların qarşısını alır, ölümlərin sayını azaldır”

BMT rəsmisi: “Azərbaycan İİV/QİÇS-ə yoluxmaların qarşısını alır, ölümlərin sayını azaldır”

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • BMT rəsmisi: “Azərbaycan İİV/QİÇS-ə yoluxmaların qarşısını alır, ölümlərin sayını azaldır”
BMT rəsmisi: “Azərbaycan İİV/QİÇS-ə yoluxmaların qarşısını alır, ölümlərin sayını azaldır”

“Azərbaycan İİV/QİÇS-ə yoluxmaların qarşını alır, ölümlərin sayını azaldır”. Bunu BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun altıncı panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sağlamlıq hər kəsin hüququdur: “Bu, insanların hüquqlarından biridir. Sağlamlığın təminatı hər kəs üçün əlçatan olmalıdır. Bu gün dünyada 4 min qadın İİV/QİÇS-ə yoluxur. Hər dəqiqə bir qadın bu xəstəlikdən ölür. Azərbaycan isə yoluxmaların qarşını alır, ölümlərin sayını azaldır. Bu da təqdirəlayiq haldır. Ümumiyyətlə, gələcək pandemiyaların qarşısını almaq lazımdır”.

BMT rəsmisi bildirib ki, cinsi zorakılığa qarşı mübarizə də güclənməlidir: “Bu məsələdə ayrı-seçkiliyə yol verilməməlidir. Biz hər bir insana fərd kimi yanaşmalıyıq. Hər bir şəxs tibbi xidmətlərdən yararlanmalıdır. Təəssüf ki, əsas problemlərdən biri tibbi ləvazimatlara əlçatanlıqla bağlıdır. Bu problem Şərqdə daha çox yayılıb. Çünki dərmanlar həyatı xilas edən vasitədir. Ümumdünya Səhiyyə Təşkilatı hər kəsin dərmanlara çıxışını təmin etməlidir. Dərmanlar ədalətli qiymətə satılmalıdır. Bu, dünya maliyyə bazarında düzgün tənzimlənməlidir”.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun