05 Oktyabr 2024 | 10:28
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Bölgələrdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının əməkdaşları təlimə cəlb olunub

Bölgələrdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının əməkdaşları təlimə cəlb olunub

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Bölgələrdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının əməkdaşları təlimə cəlb olunub
Bölgələrdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının əməkdaşları təlimə cəlb olunub

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Qlobal Fondun dəstəyi ilə 2024-cü ilin təlim proqramı çərçivəsində “Əsas əhali qrupları arasında bioloji və davranış nəzarəti tədqiqatının aparılması və nəticələri” (İBBSS və SE) mövzusunda təlim keçirib.

Təlim bölgələrdə İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmağa həssas əhali qrup nümayəndələri arasında profilaktik işlərə cəlb olunan qeyri-hökümət təşkilatlarının əməkdaşları üçün təşkil edilib. Məqsəd bu qrupa aid şəxslərdə İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqdır.

Təlimdə iştirakçılara Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, əsas əhali qrupları arasında Bioloji və Davranış Nəzarəti tədqiqatının aparılması, ölkəmizdə əsas əhali qruplarının sayının qiymətləndirilməsi, İİV-lə yaşayan insanlara qarşı stiqmanın əsasları, diskriminasiya növləri və onun aradan qaldırılması ilə bağlı təqdimatlar təqdim edilib, mövzular ətrafında müzakirələr aparılıb.

Sonda tədbir iştirakşılarına sertifikatlar verilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun