Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və Azərbaycan Velosiped Federasiyasının birgə əməkdaşlığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətə hərəkət, sağlamlığa səyahət” şüarı adı altında veloyürüş keçirilib.
Veloyürüşdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları, Velosiped Federasiyasının üzvləri, idman həvəskarları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sağlamlıq naminə təşkil olunan tədbirdə istəyimiz birlikdə “QİÇS-ə yox” demək, epidemioloji vəziyyətə qarşı birgə mübarizə aparmaqdır.
Qeyd edək ki, hər ilin may ayının 3-cü bazar günü QÇİS-dən dünyasını dəyişən insanların “Ümumdünya Xatirə Günü” kimi qeyd edilir. Məqsəd sağlam həyat tərzini təbliğ etmək cəmiyyətin diqqətini bu xəstəliyə yönləndirmək, bu virusla yaşayan insanlara qarşı diskriminasiyanı aradan qaldırmaq, geniş ictimaiyyətə QİÇS-lə bağlı düzgün informasiya çatdırmaqdır.