05 Oktyabr 2024 | 10:05
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Bu il Azərbaycanda  İİV infeksiyasına yoluxmuş 654 nəfər qeydiyyata alınıb

Bu il Azərbaycanda İİV infeksiyasına yoluxmuş 654 nəfər qeydiyyata alınıb

  • Əsas səhifə
  • -
  • Mətbuatda haqqımızda
  • -
  • Bu il Azərbaycanda İİV infeksiyasına yoluxmuş 654 nəfər qeydiyyata alınıb
Bu il Azərbaycanda  İİV infeksiyasına yoluxmuş 654 nəfər qeydiyyata alınıb

Bu ilin 11 ayı ərzində Azərbaycanda 654 nəfər İİV-ə yeni yoluxmuş adam qeydiyyata alınıb. Onlardan 635 -i Azərbaycan vətəndaşı, 19 nəfəri isə əcnəbidir. Qeydiyyata alınan ölkə sakinlərindən 432-i kişi, 203-ü qadındır.

Bunu Respublika QIÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə deyib.

Onun dediyinə görə, bu ilin 11 ayı ərzində qeydiyyata götürülən ölkə vətəndaşlarının 37,9 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 51,4 faizində heteroseksual, 4 faizində homoseksual kontakt nəticəsində, 1,5 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində yoluxma baş verib. Xəstələrin 5,2 faizində yoluxma səbəbi aydınlaşdırılır.

Direktorun verdiyi məlumata əsasən, bu ilin 11 ayı ərzində 617 nəfər antiretrovirus müalicəsinə cəlb olunub.

Famil Məmmədov daha bir statistikanı xatırladıb: “2016-cı ildə 204 min hamilədən 42, 2017-ci ildə 197 min hamilədən 27, 2018-ci ildə 188 min hamilədən 31, 2019-cu ildə 169 min hamilədən 51, bu il isə 144 min hamilədən 16 nəfərdə virus aşkar edilib. 2018-ci ildən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV infeksiyasının müalicəsində “Test and Treat” strategiyası tətbiq olunur. Bu, o deməkdir ki, İİV-ə yoluxması təsdiq olunan hər bir xəstə antiretrovirus dərmanlarla təmin olunur. Ölkəmiz 2025-ci ilədək Ümumdünya Səhiyyə Təşkilatının 95-95-95 layihəsinə qoşulacaq, yəni İİV-ə yoluxanların, antiretrovirus qəbul edənlərin və virus yükü azalanların sayı hər üç göstəricidə 95 faiz təşkil edəcəkdir”.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun