05 Oktyabr 2024 | 00:55
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Cəzaçəkmə müəssisələrində İİV-in erkən aşkarlanması üçün müayinə aparılıb

Cəzaçəkmə müəssisələrində İİV-in erkən aşkarlanması üçün müayinə aparılıb

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Cəzaçəkmə müəssisələrində İİV-in erkən aşkarlanması üçün müayinə aparılıb
Cəzaçəkmə müəssisələrində İİV-in erkən aşkarlanması üçün müayinə aparılıb

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə birgə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində İİV-ə görə maarifləndirmə və müayinə tədbirləri keçirmişlər.

RQMM-in mütəxəssisləri cəzaçəkmə müəssisələrində məhbuslara İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ətraflı məlumat verib, bu virusa yoluxanların bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıblar.

Məhkumlar İİV infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə məlumatlandırılıb, virusa görə tədbirli olması, yoluxanların müalicəsinin müvafiq qaydada təşkili, davamlı müalicənin əhəmiyyətinə aid tövsiyyələr verilib.

Tədbirlərdə məhbuslara İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.

Qeyd edək ki, maarifləndirici tədbirlər və müayinə aksiyaları digər cəzaçəkmə müəssisələrində də davam etdiriləcəkdir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun