05 Oktyabr 2024 | 02:07
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Dəmir Yolu Vağzalında İİV-in erkən aşkarlanması üçün müayinələr aparılıb

Dəmir Yolu Vağzalında İİV-in erkən aşkarlanması üçün müayinələr aparılıb

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Dəmir Yolu Vağzalında İİV-in erkən aşkarlanması üçün müayinələr aparılıb
Dəmir Yolu Vağzalında İİV-in erkən aşkarlanması üçün müayinələr aparılıb

İyunun 11-12-də Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin  təşəbbüsü ilə Bakı Dəmir Yolu Vağzalında İİV-ə qarşı maarifləndirmə və müayinə aksiyası keçirilib.
Təcrübəli həkimlər tərəfindən Dəmir Yolu Vağzalının əməkdaşlarına, sərnişinlərə və vağzalda yaradılmış digər xidmətlərdən yararlanan vətəndaşlara sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV)  Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə məlumat verilib. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu xüsusi vurğulanıb. Bildirilib ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır. Bu xəstəliyə və virusa qarşı vaksinin olmadığı, vaxtında qoyulan diaqnoz ölüm hallarının qarşısını ala bildiyi barədə məlumatlar verilib.
Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
Bakı Dəmir Yolu Vağzalının əməkdaşlarına, sərnişinlərə İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun