05 Oktyabr 2024 | 11:18
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində ölkəmizdə on minlərlə insan İİV-ə qarşı ekspres-testdən keçib

Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində ölkəmizdə on minlərlə insan İİV-ə qarşı ekspres-testdən keçib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində ölkəmizdə on minlərlə insan İİV-ə qarşı ekspres-testdən keçib
Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində ölkəmizdə on minlərlə insan İİV-ə qarşı ekspres-testdən keçib

Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər çərçivəsində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) may-iyun aylarında müayinə və maarifləndirmə aksiyaları keçirib. Aksiyalar Mərkəzin regional laboratoriyasının dəstəyi ilə bütün ölkə ərazisini əhatə edib.

Tədbirlərdə irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq heç kimin Qazanılmış İmmun Çatışmazlığı Sindromundan (QİÇS) sığortalanmadığı vurğulanıb. Hər il may ayının III həftəsi QİÇS-dən vəfat edənlərin xatirəsinin Anım günü kimi ölkəmizdə də qeyd olunub. Cəmiyyətin diqqətini bu problemə cəlb etmək, virusla yaşayan insanlara qarşı diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına dəstək olmaq üçün ictimaiyyətə bu haqda geniş informasiya çatdırılıb. Eyni zamanda, tədbirlər çərçivəsində müayinələr götürülüb, virus və xəstəliyə aid məlumatları özündə əks etdirən çap materialları (vərəqlər, broşurlar, bukletlər, kitabçalar) hazırlanaraq paylanıb, ölkəmizdəki mövcud reklam vasitələrində video-çarxlar, xəbərdarlıqlar, çağırışlar, anonslar yerləşdirilib.

Aksiyalar şagird, tələbə, müəllim heyətinin məlumatlılıq səviyyəsinin artırılması üçün orta və texniki peşə məktəblərində, kolleclərdə, ali təhsil ocaqlarında, xəstəxanalarda, sağlamlıq  mərkəzlərində, ticarət obyektlərində, istehsal müəssisələrində, insanların daha çox cəmləşdiyi digər yerlərdə təşkil olunub. Tədbirlərin iştirakçılarına İİV/QİÇS-in yoluxma yolları, profilaktikası, müayinəsi, müalicəsi barədə ətraflı məlumat verilib. Vətəndaşlara anonim və ödənişsiz şəkildə ekspres-testdən keçmək imkanı yaradılıb. Ümumilikdə 30 minədək insan bu xidmətdən yararlanıb.

Dövlət və özəl tibb müəssisələrində, güc strukturlarında, hüquq-mühafizə orqanlarında çalışan tibbi heyət, İİV-ə yoluxmağa həssas əhali qrup nümayəndələri arasında iş aparan autriçlər üçün təlimlər təşkil olunub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi ən əlverişli və hər kəs üçün əlçatan olan maarifləndirmə variantına xüsusi önəm verərək İİV-in müayinəsi, müalicəsi ilə bağlı icra etdiyimiz işləri ölkəmizdə fəaliyyət göstərən telekanallarda, elektron KİV-lərdə yayımlanmasını həyata keçirib.

Gündəlik 700 min sərnişinin istifadə etdiyi Bakı Metropoliteninin 18 stansiyasında xüsusi hazırlanmış videoçarxlarımız fasiləsiz yayımlanıb. Azərbaycan Dövlət Reklam Agentliyi paytaxtın mərkəzi küçə və prospetlərində videoçarx və anonslarımızı yerləşdirib. Bakı Nəqliyyat Agentliyi gün ərzində 180-200 min sərnişinin istifadə etdiyi  Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində videoçarxlarımızı yayımlamaqdadır. Eyni zamanda, sərnişinlərin daha çox istifadə etdiyi Agentliyə məxsus dayanacaqlarda sosial reklamlarımız nümayiş etdirilir.

Yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasını təmin etmək əsas hədəflərimizdəndir.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun