05 Oktyabr 2024 | 10:03
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Doğum evlərinin həkim-mütəxəssisləri məlumatlandırılıb

Doğum evlərinin həkim-mütəxəssisləri məlumatlandırılıb

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Doğum evlərinin həkim-mütəxəssisləri məlumatlandırılıb
Doğum evlərinin həkim-mütəxəssisləri məlumatlandırılıb

Respublika Perinatal Mərkəzində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) və Ölkə Əlaqələndirici Komissiyasının (CCM) təşkilatçılığı ilə İİV-lə mübarizə sahəsində çalışan mütəxəssislərin biliklərinin təkmilləşdirilməsi üçün təlim keçirilib.

Tədbirdə Bakı şəhərinin doğum evlərinin, doğum şöbələrinin, qadın məsləhətxanalarının, regional perinatal mərkəzlərin rəhbərləri, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları iştirak ediblər.

RQMM-in direktoru Famil Məmmədov öz çıxışında Səhiyyə Nazirliyinin təşəbbüsü ilə İİV/QİÇS-lə mübarizə sahəsində görülən işlərdən söhbət açıb, diqqəti hamilə qadınların vaxtında müayinədən keçirilməsinin vacibliyinə yönəldib. O, bildirib ki, hamiləlik dövründə İİV aşkar olunarsa, ona qarşı vaxtında müalicə aparılarsa, virusa yoluxmuş anadan sağlam uşaq olma ehtimalı yüksələr. Bunu nəzərə alıb məsələyə ciddi yanaşmaq lazımdır. Bu işdə əsas məsuliyyət ginekoloqların üzərinə düşür. Risk qrupuna daxil olan qadınların hamiləliyi müvafiq ixtisaslı mütəxəssislər tərəfindən də nəzarətdə saxlanılmalıdır.

RQMM-in direktor müavini Səbinə Babazadə mövcud sahədə problemin yaranmaması ilə bağlı tövsiyyələrini verib, işin tənzimlənməsi üçün ginekoloqların üzərinə məsuliyyət düçdüyünü vurğulayıb.

Tədbirdə, həmçinin RQMM-in Epidemiolojı nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyevin “Azərbaycanda İİV infeksiyası/QİÇS-lə bağlı epidemiolojı vəziyyət və mübarizə tədbirləri” Qəbul şöbəsinin müdiri Ədilə Rzayevanın “Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə görə aparılan müayinələr və mövcüd çətinliklər”, Mərkəzin müalicə işləri üzrə mütəxəssisi Samirə Vəliyevanın “İİV/QİÇS-lə bağlı müalicə və profilaktika tədbirləri” mövzularında təqdimatları dinlənilib.

Daha sonra həkim-ginekoloqların müvafiq sualları cavablandırılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun