05 Oktyabr 2024 | 11:21
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Elektron Resept tətbiqi ilə bağlı MƏLUMAT

Elektron Resept tətbiqi ilə bağlı MƏLUMAT

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Elektron Resept tətbiqi ilə bağlı MƏLUMAT
Elektron Resept tətbiqi ilə bağlı MƏLUMAT

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 s saylı Sərəncamına əsasən, ölkədə səhiyyə sahəsində rəqəmsallaşdırma çərçivəsində önəmli addımlardan olan Elektron Resept Platforması Səhiyyə Nazirliyi tərəfindən 1 may 2024-cü il tarixindən etibarən istifadəyə verilib.
Kağız blanklar üzərində əl ilə yazılan reseptlərdən fərqli olaraq, elektron reseptin itirilməsi, zədələnməsi mümkün deyil. Elektron reseptlərdə yalnız Dövlət Qeydiyyatından keçən və qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyini edilməsi və apteklər tərəfindən satışı nəzərdə tutulur. Bu da, öz növbəsində, əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, eyni zamanda şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir.
Vətəndaşları öz istehlakçı hüquqlarının qorunması naminə, reseptlərinin təyin və təmin olunması zamanı ilə bağlı bu prosesləri “Elektron resept” tətbiqi vasitəsilə aparılması üçün təşəbbüs göstərməyə və buna əməl etmələri üçün həm təyin edən tibb işçiləri, həm də əczaçılardan tələb etməyə çağırırıq.
Buna əməl edilmədiyi təqdirdə, vətəndaşları Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”)) əlaqə saxlamağı tövsiyə edirik.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun