Epidemioloji nəzarət və profilaktika şöbəsi üzərinə düşən vəzifələrlə əlaqədar aşağıdakı işləri həyata keçirir:
Müayinə və müalicə üçün məlumatlandırılmış razılığın alınması
Xəstəni tezliklə müalicə proqramına cəlb etmək məqsədilə ona məlumatlandırılmış razılığı əsasında, antiretrovirus müalicəsi başlanılır. Vətəndaş Ekspert Şurasının qərarı və onun əsasında qeydiyyat kodunu aldıqdan sonra epidemioloji nəzarət və profilaktika şöbəsinə, tibbi sənədlərini dispanser müşahidə və ambulator müalicə şöbəsinə təqdim edir. Nəzərə alınmalıdır ki, bütün müayinə, sorğu və gələcəkdə müalicəyə qoşulma prosedurları dövründə vətəndaş yalnız könüllü tərzdə iştirak edir. Onun hər hansı güc təsiri ilə tibbi prosesə cəlb olunması yolverilməzdir.
Müayinədən yayınanların axtarılması
İİV-li xəstələrin aşkarlanma prosesindən başlayaraq diaqnozunun təsdiqi və tibbi yardımla təminatadək, müşayiət və tədqiqat fəaliyyətləri ilə yanaşı, epidemioloqlar bu proseduru yarıda qoyan və şüurlu surətdə yayanların axtarılmasına, onların müalicəyə çatdırılmasına səylər göstərirlər.