Epidemioloji nəzarət və profilaktika şöbəsi üzərinə düşən vəzifələrlə əlaqədar aşağıdakı işləri həyata keçirir:
Yoluxma halının epidemioloji araşdırılması
Bu məqsədlə xəstənin təkrar qan nümunəsi bir daha müayinə üçün epidemioloq tərəfindən götürülür və müsbət nəticə alındıqda, bu hal İİV-ə yoluxma ehtimalını daha yüksək risklə mövcudluğunu ciddi hesab etməyə əsas verir. Başqa bir test-sistemlə qan nümunəsi üçüncü dəfə yoxlanılır və onun müsbət nəticəsi dördüncü – sonuncu dəfə yoluxmanın təsdiqi məqsədilə immunoblotinq üsulu ilə İİV-ə əkscisimlərin mövcudluğu məqsədilə aparılır.
İİV infeksiyaya yoluxma halının təsdiqi, laborator, epidemioloji və klinik məlumatlar əsasında Mərkəzin müvafiq strukturlarının təqdimatı əsasında Ekspert Şurasının qərarı ilə qəbul edilir.
Epidemioloji araşdırmaların aparılması
Vətəndaşın ikinci müayinəsi müsbət nəticə verdikdə epidemioloq tərəfindən yoluxmanın epidemioloji araşdırılması həyata keçirilir. Yoluxma mənbəyi axtarılır və nəticə digər bir fərd olduqda, onun da ətrafında epid araşdırma tədbirləri icra olunur. Bəzi hallarda araşdırmalar nəticəsində bir neçə mənbə təyin oluna bilər.
İİV-ə yoluxmuşdan xəbərdarlıq iltizamnaməsinin alınması
Epid araşdırma sənədinin tərtibatı ilə yanaşı, vətəndaşdan başqalarını bilərəkdən İİV-ə yoluxdurmağa görə cinayət məsuliyəti daşıması barədə xəbərdarlıq iltizamnaməsi alınır və hər iki sənəd onun tibbi sənədlər toplusunda və eyni vaxtda ayrılıqda saxlanılır.