05 Oktyabr 2024 | 10:25
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Fövqəladə hallara qarşı hazırlıqlı olaq!

Fövqəladə hallara qarşı hazırlıqlı olaq!

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Fövqəladə hallara qarşı hazırlıqlı olaq!
Fövqəladə hallara qarşı hazırlıqlı olaq!

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib.

Həkim heyəti və texniki işçilərin iştirak etdiyi tədbirdə Mərkəzin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov mülki müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara qarşı necə hazırlıqlı olmağın yolları haqqında ümumi məlumat verib. Bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur. Bu gün münasibətilə mülki maarifləndirici tədbirlər keçirilir. Hazırda təşkilata dünyanın 50-dən çox ölkəsi daxildir. 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv seçilən Azərbaycan Respublikası bu mötəbər qurumla sıx əməkdaşlıq edir.

Tədbirdə fövqəladə hallar zamanı insanlara ilk yardım kimi süni tənəffüsün verilməsi, ürəyin qapalı masajının qaydaları, qanaxma zamanı ilk yardımın edilməsi, zədələnmə və zəhərlənmələr zamanı ilk yardım göstərilməsı və digər hallar geniş izah olunub.

Mərkəzin əməyin mühafizəsi üzrə mühəndisi Xəqani Hacıyev isə istehsalatda və məişətdə təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə diqqət çəkib, hər kəsin fövqəladə hallara qarşı hazırlıqlı olmasının vacibliyini vurğulayıb.

Sonda tədbir iştirakçılarının təhlükəsizlik texnikası qaydaları ilə bağlı maraqlandıqları suallara ətraflı cavab verilib.

 

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun