05 Oktyabr 2024 | 11:09
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Gəncə və ətraf rayonlarda İİV-ə qarşı maarifləndirmə tədbirləri keçirilib

Gəncə və ətraf rayonlarda İİV-ə qarşı maarifləndirmə tədbirləri keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Gəncə və ətraf rayonlarda İİV-ə qarşı maarifləndirmə tədbirləri keçirilib
Gəncə və ətraf rayonlarda İİV-ə qarşı maarifləndirmə tədbirləri keçirilib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində bölgələrdə də İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün maarifləndirmə işlərini uğurla davam etdirir.  

Gəncə Regional Laboratoriyasının əməkdaşları Abbas Səhhət adına 1 nömrəli Klinik Xəstəxanada, Azərbaycan Texnologiya Universitetində, Gəncə Tibb Kollecində, Göygöl, Samux, Qazax, Goranboy, Şəmkir rayon mərkəzi xəstəxanalarında, digər səhiyyə və sağlamlıq mərkəzlərində müayinə və maarifləndirmə tədbirləri keçiriblər.

Təhsil ocaqlarında, səhiyyə müəssisələrində işçi və tələbələrə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə bağlı mühazirələr oxunub, xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Tələbələri maraqlandıran suallar cavablandırılıb, vətəndaşlara ödənişsiz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.

Eyni zamanda, tədbir təşkil olunan müəssisələrdə quraşdırılan informasiya guşəsində yüzlərlə vətəndaş həkimlərin təcrübəsindən yararlanıb. Onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.

 

 

 

 

 

 

 

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun