Bakterioloji boksda qeydiyyatda olan xəstələrin vərəm mikobakteriyalarının müayinəsi aparılır. 2017-ci ildə İnnovasiya və Təchizat Mərkəzi tərəfindən RQMM-də GeneXpert cihazı quraşdırılıb. Bu cihaz vərəm mikrobakteriyaların DNT-sini aşkar edən cihazdır və rifampisinə qarşı həssaslığı təyin edir.
Cihaz onda işləyən mütəxəssisin infeksion maddə ilə təmasını minimuma endirir.