07 Oktyabr 2024 | 08:16
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

İİV-ə yoluxanlar özlərini və yaxınlarını necə qorumalıdırlar?

İİV-ə yoluxanlar özlərini və yaxınlarını necə qorumalıdırlar?

  • Əsas səhifə
  • -
  • İİV-lə yaşayanlar üçün
  • -
  • İİV-ə yoluxanlar özlərini və yaxınlarını necə qorumalıdırlar?
İİV-ə yoluxanlar özlərini və yaxınlarını necə qorumalıdırlar?

İnsanın İmmunçatışmazlığı Virusu – “İİV infeksiya” xəstəliyi barədə məlumatlı olmaq ondan qorunmaq üçün hər bir insana vacibdir. Bu bilgilər İİV-ə yoluxmuşlar üçündə böyük əhəmiyyət kəsb edir. Hər kəsə məlumdur ki, cinsi kontakt nəticəsində İİV-dən qorunmaq üçün mütəxəssislər, qoruyucu vasitələrin ən qoruyucusu sayılan-prezervativdən istifadəni məsləhət görürlər. Belə olan halda, cinsi partnyorların hər ikisi İİV-ə yoluxublarsa prezervativdən istifadə etməlidirlərmi? Buna ehtiyac varmı? Ümumiyyətlə, digər İİV-li partnyorlara qarşı davranış, sağlam partnyorla müqaisədə dəyişməlidirmi? Suala məntiqlə yanaşdıqda, belə qənaətə gəlmək olar ki, iki xəstə arasında təmasda qorunmağa ehtiyyac yoxdur. Lakin bu çox səhv yanaşmadır. Nəinki qorunmağa ehtiyyac duyulur, hətta bu tələbə tam həcmdə riayət olunmalıdır. Təcrübə göstərir ki, hər xəstənin orqanizmində olan virus özünəməxsus DNT-formuluna malikdir və təmas zamanı partnyorlar bir-birini yenidən yoluxdurmaq iqtidarında olurlar. Gündəlik həyatda isə normal müalicə qəbul edən pasiyentdə laborator nəticələr aşağı səviyyəli virus yükü göstərdiyi halda, təmasdan sonra ikinci dəfə yoluxur və xəstəliyin klinik mərhələlərini yenidən keçirir. Bu kazus, hətta bir neçə dəfə təklanarlana da bilər. Ona görə  qorunma üzrə profilaktika tədbirlərinə riayət etmək İİV-li xəstəyə xüsusilə vacibdir.

İİV-li xəstələrin müalicəsi ilə məşğul olan mütəxəssislər əhalinin maarifləndirilməsini apararkən, bu xəstələrin məişətdə təhlükəsiz olmalarını daim vurğulayırlar. Lakin nəzərdən qaçırılmamalıdır ki, İİV-li xəstənin diş fırçası, kosmetika alətləri (qayçı, pinset, və s.) və ləvazimatı, üzqırxma vasitələri digər adamlarından qorunmalı və bu hərəkətin səbəbi onlara açıqlanmalıdır (yoluxma ehtimalı).

Geniş məlumdur ki, İİV-ə yoluxmuş insanların immun sistemi tədricən, bəzən də, müalicə aparılmadıqda tez bir vaxtda dağılmağa başlayır. Bu zaman, adi halda insanın yoluxa bilməyəcəyi xəstəliyə İİV-li insan asanlıqla yoluxur. Faktiki İİV-ə yoluxmuş adam onun nəticəsində yoluxduğu digər xəstəliklərdən əziyyət çəkir və vəfat edir. Beləliklə də, ailədə yaşayan İİV-li ev adamı ilk növbədə digərini yoluxdurmaqdan qorumalı, təhlükəsizlik tədbirinə ciddi riayət etməlidir, xüsusilə də hazırda xüsusi aqressivlik nümayiş etdirən vərəm xəstəliyindən.

Xəstənin özünə qarşı davranışına gəldikdə, o, ilk növbədə dərk etməlidir ki, orqanızm üçün fiziki, psixoloji, nevroloji və ətaf mühitin, hər hansı təsiri nəticəsində orqanizmdə baş verən gərginlikdən qaçmalıdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 27 aprel 2011-cil tarixli, 62 saylı qərarı ilə İİV-li xəstənin orqanizminə pis, zərərli təsir göstərən amillərdən qorunmaq və bununla da yaşam tərzinin yüngülləşdirilməsi məqsədilə, İİV-ə yoluxmuşların işləməsinə yol verilməyən peşə və vəzifələrin siyahısı tərtib edilmişdir. Bu qərar həmin siyahıda hallanan iş sahələrində məşğul olanlar tərəfindən birmənalı qarşılanmasında ilk növbədə onların sağlamlıqlarının qorunmasına yönəldilmişdir.

İİV-ə yoluxma diaqnozu çıxılmaz vəziyyətə düşmüş, ölüm növbəsinə durma və digər bu kimi pessimist fikirlərə düşmək barədə qərar deyil. Hər bir xəsxəstə bilməlidir ki, yoluxduğu İİV infeksiya xəstəliyi uzunsürən, daimi səliqəli müalicə qəbulunu tələb edən, xroniki xəstəlikdir. Pasiyent ilk növbədə müalicə qəbuluna sadiq olmalı, vaxtında dəman qəbul etməlidir. Təcrübə göstərir ki, intizamlı pasiyentlər müalicə nəticəsində tez bir zamanda xəstəliyin remissiya halına gətirilməsinin göstəricisi olan “virus yükü”nün təyin olunmayan səviyyəyədək enməsinə nail ola bilirlər, Bu zaman həmin pasiyent faktiki olaraq klinik baxımdan sağlam hesab edilir. O, ətrafdakılar üçün heç bir təhlükə törətmir. Belə insan cinsi əlaqədə başqasını yoluxdurmur, hamiləliyi başa çatdıqda doğulan körpə dünyaya sağlam gəlir. Buna görə də mütəxəssislər İİV-li xəstənin müalicəyə sadiqliyinin formalaşdırılmasını, müalicədə uğurun başlıca amili hesab edirlər.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da İİV-lə əlaqədar prosedurların böyük əksəriyyəti (müayinədən başlayaraq müalicəyədək) könüllüdür. İİV-ə yoluxmuş insanlar, digər vətəndaşlarla bərabər hüquqlara malikdirlər. İİV-ə yoluxduğu və orqanizmin immun mexanizminin zəifləməsi ilə bağlı, iş qabiliyyətinin uzun müddətli pozulmaları ilə əlaqədar İİV-li xəstələrə pensiya təminatı nəzərdə tutulur.

Əlavə məlumatın çatdırılması məqsədilə, İİV-li xəstələr nəzərdə saxlamalıdırlar ki, bu xəstəlik peyda olunan vaxtlarda, onun təhlükəliyinin dəyərindən xeyli yüksək qiymətləndirilməsi nəticəsində cəmiyyətdə bu xəstələrə qarşı gözdənsalma və damğalanma münasibətləri hələ də qalmaqdadır. Bir çox hallarda İİV-ə yoluxmuş insanlar  qanunla onlara verilmiş hüquqlardan belə istifadə edə bilmir və ya qanuni tələblərinə rədd cavabları alırlar. Belə hallar ilk növbədə xəstələrin və onlara mənfi münasibət bəsləyənlərin hüquqi savadsızlığından irəli gəlir. Bu səbəbdəndə hər bir İİV-ə yoluxmuş vətəndaş hüquqlarından xəbərdar olmalı, qanuni tələblərinin qəbulunda israrlıq nümayiş etdirməlidir.

Məlumat üçün bildiririk ki, İİV-li xəstələrin hüquq və davranış qaydalarını tənzimləyən son sənəd Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli ”İnsanın İmmunçatışmnazlığı Virusunun törətdiyi xəstəliklə mübarizənin təkmilləşdirilməsi barədə“ 1001-IIIQ nömrəli qanun və onun tətbiqi barədə Respublika Prezidentinin bir sıra fərmanları Nazirlər Kabinetinin qərarı və müvafiq nazırliklərin əmr və sərəncamlarıdır ki, onlar da müvafiq elektron saytlarda öz əksini tapmışdır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun