05 Oktyabr 2024 | 02:11
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

“İİV infeksiyası və QİÇS xəstəliyinin ana və uşaqların sağlamlığına təsiri” mövzusunda elmi-praktik konfrans keçirilib

“İİV infeksiyası və QİÇS xəstəliyinin ana və uşaqların sağlamlığına təsiri” mövzusunda elmi-praktik konfrans keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • “İİV infeksiyası və QİÇS xəstəliyinin ana və uşaqların sağlamlığına təsiri” mövzusunda elmi-praktik konfrans keçirilib
“İİV infeksiyası və QİÇS xəstəliyinin ana və uşaqların sağlamlığına təsiri” mövzusunda elmi-praktik konfrans keçirilib

Dekabrın 2-də Səhiyyə Nazirliyinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) və BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə “İİV infeksiyası və QİÇS xəstəliyinin ana və uşaqların sağlamlığına təsiri” mövzusunda elmi-praktik  konfrans keçirilib. Tədbirdə Səhiyyə Nazirliyi üzrə akkreditasiya olunmuş müxtəlif ixtisaslı tibb işçiləri iştirak ediblər.

Konfransın açılışında Səhiyyə Nazirliyi tərəfindən dəstəklənən bu tədbirin Ümumdünya QİÇS-lə Mübarizı Günü ilə eyni vaxta düşdüyünü xatırladan RQMM-in direktoru Famil Məmmədov bildirib ki, bu ərəfədə paytaxtda və regionlarda onlarla maarifləndirici aksiyalar keçirir, ənənəvi təbliğatımızı davam etdiririk. Hazırda Bakı Metropoliteninin 18-dək stansiyasında, Azərbaycan Dövlət Reklam Agentliyinə məxsus 8 böyük monitorda video-çarxlarımız yayımlanır, Bakcell, Nar Mobile şirkətlərinin abonentlərinə xəbərdaredici mesajlar göndərilir. Məqsədimiz hər kəsi İİV/QİÇS-in təhlükəsi ilə bağlı məlumatlandırmaqdır. Ana və uşaqların sağlamlığına xidmət edənlərin bu sahədə bilgiləndirilməsi hədəflərimiz sırasında idi.

Direktor vurğulayıb ki, insanın immunçatışmazlığı ilə mübarizə aparmaq xüsusi qabiliyyət tələb edir. Ana və uşaqların infeksiyalara yoluxmaması üçün xüsusi qayğı göstərməliyik. Bugünkü təlimimizin məqsədi məhz budur.

Vərəm və QİÇS-in insanın immuniteti ilə bağlı yanaşı xəstəliklər olduğunu deyən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi İradə Axundova qeyd edib ki, bu xəstəliklərlə məşğul olan hər iki qurumun həkimləri də yanaşı işləyirlər: “Əməkdaşlığımız məqsədimizə daha tez nail olmağa imkan verir, uğurlarımızı artırır”.

BMT-nin Əhali Fondunun səhiyyə proqramları üzrə mütəxəssisi Ramiz Hüseynov ana və uşaqların sağlamlığının əsas prioritetlərindən olduğunu xatırladıb, tədbirin təşkilatçılarına təçəkkürünü bildirib.

Konfrans iştirakçıları RQMM-in epidemiologiya şöbəsinin müdiri Səbuhi Əliyevin “Dünyada və Azərbaycanda İİV-lə bağlı mövcud vəziyyət. İİV/QİÇS epidemiyası”, RQMM-in infeksionist həkimi Yeganə Zeynalovanın “İİV infeksiyasının etiopatogenezi, diaqnostikası, klinika və müalicə prinsipləri”, Elmi-Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun doğum şöbəsinin müdiri Tənzilə Əliyevanın “Doğuşdan sonra qanaxmalar zamanı İİV-in profilaktik tədbirləri”, RQMM-in qəbul şöbəsinin müdiri Ədilə Rzayevanın “İİV müsbət olan qadınlarda İPV tədqiqatının aparılması”, RQMM-in pediatrı Samirə Vəliyevanın “Uşaqlarda İİV/QİÇS AUOP üzrə tədbirlər”, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun konsultativ poliklinika şöbəsinin müdiri Aysel Aslanovanın “İİV-ə yoluxmuş qadınlarda oportunistik infeksiyalar”, Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin vərəm üzrə təlim mərkəzinin rəisi İradə Məmmədovanın “Penitensiar müəssisələrdə məhkumlar arasında həyata keçirilən İİV əleyhinə profilaktik tədbirlər”, RQMM-in psixoloqu Günel Bəbirovanın “İİV-ə yoluxmuş qadınlarda stiqma və diskriminasiya” mövzularında təqdimatları dinləyiblər. Çıxış edənlər İİV qrupu xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktika ilə bağlı müfəssəl məlumat verib, tibb müəssisələri arasında əməkdaşlığın yaradılması, müayinələrin götürülməsi, nəqli, göndərilməsi kimi məsələlərə xüsusu maraq göstəriblər.

Sonda iştirakçı həkimlərin maraqlandıqları suallar cavablandırılıb, müzakirələr aparılıb.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun