05 Oktyabr 2024 | 01:00
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

İİV infeksiyasına yoluxanların müalicəsində kök hüceyrələrinin tətbiqi ilə bağlı təqdimat dinlənilib

İİV infeksiyasına yoluxanların müalicəsində kök hüceyrələrinin tətbiqi ilə bağlı təqdimat dinlənilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • İİV infeksiyasına yoluxanların müalicəsində kök hüceyrələrinin tətbiqi ilə bağlı təqdimat dinlənilib
İİV infeksiyasına yoluxanların müalicəsində kök hüceyrələrinin tətbiqi ilə bağlı təqdimat dinlənilib

İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə mübarizədə həkimlərin arsenalına yeni müasir və təsirli üsul əlavə olunmaqdadır. Hazırda uğurla aparılan tədqiqatların yaxın gələcəkdə bu infeksiyanı tam cilovlamağa imkan verəcəyinə ümid edilir.
Sentyabrın 8-də Respublika QİÇS-lə Mübarizə Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Profilaktika Elmi-Tədqiqat İnstitutunun kök hüceyrələrinin müxtəlif patologiyalarda istifadəsi üzrə tədqiqat laboratoriyasının qrup rəhbəri, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşad Rəsulovun İİV infeksiyasına yoluxmuş şəxslərin müalicəsində kök hüceyrələrinin tətbiqi ilə bağlı təqdimatı dinlənilib.
Yığıncaqda Dr R.Rəsulov yaxın keçmişdə COVID-19 virusuna yoluxanların qeyd edilən metodika ilə müalicəsində yüksək nəticələr barədə məlumat verib və analoji olaraq, bu üsulun İİV-lə mübarizədə təkmilləşdirilməsi üzərində bir çox ölkələrin işlədiyi diqqətə şatdırıb.
Təqdimat mərasimində İİV infeksiyasına yoluxmuş şəxslərin müalicəsində kök hüceyrələrinin tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb, Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə elmi-tədqiqat işlərinin həyata keçirilməsi qeyd edilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun