Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə insanın immunçatışmazlığı virusuna (İİV) yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik işlər aparan qeyri-hökümət təşkilatlarının (QHT) əməkdaşlarına silsilə təlimlər keçirir. Əsas məqsəd bu qrupa aid şəxslərin müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqla İİV-in yayılma səviyyəsinin və QİÇS-lə bağlı ölüm hallarının azaldılmasıdır.
İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumat verilir, dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyət təhlil edilir, hədəfə çatmaq üçün görüləcək işlər müzakirə edilir.
Təlimlərə 200-dək QHT əməkdaşının cəlb olunması nəzərdə tutulub.