05 Oktyabr 2024 | 11:38
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

İİV-lə mübarizə sahəsində çalışan mütəxəssislərin biliklərinin təkmilləşdirilməsi üçün təlim keçirilib

İİV-lə mübarizə sahəsində çalışan mütəxəssislərin biliklərinin təkmilləşdirilməsi üçün təlim keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • İİV-lə mübarizə sahəsində çalışan mütəxəssislərin biliklərinin təkmilləşdirilməsi üçün təlim keçirilib
İİV-lə mübarizə sahəsində çalışan mütəxəssislərin biliklərinin təkmilləşdirilməsi üçün təlim keçirilib

Mayın 26-da Ölkə Əlaqələndirici Komissiyasının (CCM) və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə İİV-lə mübarizə sahəsində çalışan mütəxəssislərin stiqma və diskriminasiyaya aid biliklərinin təkmilləşdirilməsi üçün təlim keçirilib.
Tədbirdə TƏBİB-in tabeliyində olan xəstəxanaların və bu sahədə xidmət göstərən qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak ediblər.
RQMM-in direktoru Famil Məmmədov öz çıxışında İİV/QİÇS-lə mübarizə sahəsində görülən işlərdən söhbət açıb bu sahədə olan nailiyyətləri xüsusi vurğulamışdır. İİV-ə yoluxmuş şəxslərin cəmiyyətdə və tibb müəssisəsində bəzən üzləşdiyi çətinliklərin həlli istiqamətində aparılan işlər barədə məlumat vermişdir.
RQMM-in direktor müavini Səbinə Babazadə mövcud sahədə problemin yaranmaması ilə bağlı tövsiyələrini verib, işin tənzimlənməsi üçün həkimlərin üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.
Tədbirdə, həmçinin RQMM-in mütəxəssislərinin təqdimatları dinlənilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun