05 Oktyabr 2024 | 00:21
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

İİV-li xəstələrin müalicəsində stiqma və diskriminasiyanın rolu

İİV-li xəstələrin müalicəsində stiqma və diskriminasiyanın rolu

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • İİV-li xəstələrin müalicəsində stiqma və diskriminasiyanın rolu
İİV-li xəstələrin müalicəsində stiqma və diskriminasiyanın rolu

Mayın 19-da Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) və Ölkə Əlaqələndirmə Komissiyasının təşəbbüsü ilə “İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi fəsadlar, sıfır ayrıseçkilik – stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə tədbiri” keçirilib. Tədbirdə mövzu ilə əlaqəli dövlət qrumlarının, özəl təçkilatların nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən RQMM-in direktoru Famil Məmmədov bildirib ki, məqsədimiz cəmiyyətin media vasitəsilə İİV, onun fəsadları barədə məlumatlandırılması və xəstələrə qarşı tolerant münasibətin bəslənməsinə nail olmaqdır. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova isə cəmiyyətimizin üzləşdiyi mövcud bəlanın təsirinin azaldılmasında, maarifləndirmə işlərinin məqsədyönlü təşkilində mətbuatın əvəzsiz rolunu xüsusi vurğulayıb.

Sonra  “Ölkədə İİV-lə bağlı epidemioloji vəziyyət” adlı təqdimatında RQMM-in direktoru bildirib ki, dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79,3, İİV-lə yaşayanların sayı 37,7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı 36,3 milyondur. İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də Şərqi Avropa və Mərkəzi Asiya regionunda yayılması davam etməkdədir. Azərbaycanda həmin infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb.

F.Məmmədov qeyd edib ki, ölkəmizdə ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2022-ci ilin aprelinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 5 min 611-i kişi, 2 min 448-i qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1960, İİV infeksiyasından vəfat edənlərin sayı isə 1181 nəfərdir.

Mərkəzin direktoru diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşları arasında 1987-ci ildən bu ilin aprelinədək olan müddətdə aşkar olunan halların 37,2 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət İİV infeksiyasının yayılmasını son illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.

Daha sonra RQMM-in psixoloqu Günel Bəbirovanın “Ölkədə stiqma və ayrıseçkiliklə bağlı vəziyyət” mövzusunda təqdimatı dinlənilib. Psixoloq virus və xəstəliklə bağlı media standartları, xəbərin təqdim edilmə qaydası, cəmiyyətin düzgün maarifləndirilmə formaları haqqında danışıb.

Eyni zamanda, “AİDS-lə Mübarizə” İctimai Birliyinin psixoloqu Ceyhun Əliyevin İİV-li xəstələrin üzləşdiyi stiqma və ayrıseçkiliklə əlaqəli və Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının əməkdaşı Elçin Muxtarlının “Vərəmli xəstələrin üzləşdikləri stiqma və ayrıseçkilik” adlı təqdimatları da maqaqla dinlənilib.

Sonda tədbir iştirakçılarının və KİV əməkdaşlarının sualları cavablandırılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun