05 Oktyabr 2024 | 00:03
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

“İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar” adlı 3 günlük beynəlxalq təlimə start verilib

“İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar” adlı 3 günlük beynəlxalq təlimə start verilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • “İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar” adlı 3 günlük beynəlxalq təlimə start verilib
“İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar” adlı 3 günlük beynəlxalq təlimə start verilib

Mayın 13-də  Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Əhali Fondunun (UNFPA) dəstəyi ilə “İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar” adlı 3 günlük beynəlxalq təlimə start verilib. Təlimlərə Elmi-Tədqiqat institutlarından, ölkədə fəaliyyət göstərən müxtəlif profilli stasionar tipli tibb müəssisələrindən, ilkin səhiyyə xidmətlərindən və qeyri-hökumət təşkilatlarından 200-dən çox mütəxəssis cəlb olunacaqdır.   

Tədbirin açılışında dünyada İİV-in pandemiya halına gəldiyini vurğulayan səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirdi ki, hazırda vəzifəmiz insanların həyat şəraitini yaxşılaşdırmaq, həm də tibbi müaəlicənin keyfiyyətini artırmaqdır: “İİV virusu ötən əsrin sonlarına yaxın aşkarlanıb. O vaxt bu virus öldürücü idi. Tədqiqatlar nəticəsində ilkin diaqnostika hazırlandı. Virusa ad verildi – Qazanılmış İmmun Çatışmazlığı Sindromu. Bu virus insanın immun sistemini zədələyir, 8-10 ilə ölüm riski yaradır. Hazırda bu virusun diaqnostikası xeyli təkmilləşdirilib, müalicəsi tapılıb. Bununla da virusun yoluxduruculuğunun və öldürücülüyünün qarşısı alınıb”.

Nazir müavini xəstələrə və xəstəliyə qarşı münasibətin dəyişməsinin zəruriliyini də qeyd etdi: “Stiqma və diskrminasiyaya məruz qalanların tibbi xidmət almaq hüququ məhdudlaşdırılır. Məqsədimiz mövcud baxışı dəyişmək və bu sahədə əldə olunan təcrübələri paylaşmaqdır”.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirdi ki, İİV günümüzün qlobal sağlamlıq problemi olaraq qalır. Ancaq müasir dövrdə İİV-ə yoluxanların həyat şəraiti yaxşılaşıb, elmi sübutlar hazırlanıb. Yeni test müayinələri  uğurlu nəticələr əldə etməyə imkan verir. Biz gələcəkdə İİV epidemiyasını dayandıra bilərik.

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev vurğuladı ki, İİV dünya səhiyyə sistemində narahatlıq doğuran məsələlərdəndir. Bu virusa qarşı mübarizə həm insanların, həm də sağlamlığın qorunması üçün vacibdir. Bu təlim proqramı ilə müxtəlif təcrübələri öyrənəcək və əməkdaşlıq imkanımızı artıracağıq.

TƏBİB-in deportament rəhbəri Yaqut Qarayeva qeyd etdi ki, TƏBİB yaranandan RQMM ilə sıx əməkdaşlıq edir. Hazırda xəstəxanalarda infeksiyaya nəzarət işini müasir tələblərə uyğun şəkildə qurmağa çalışırıq. Bu birgə işimizə müsbət təsir göstərəcək.

Azərbaycanda İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyətə diqqət çəkən Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib ki, İnsanın İmmunçatışmazlığı Virusu ilə mübarizə istiqamətində ölkəmizin səhiyyə sistemi bir sıra uğurlar əldə edib, bu məqam beynəlxalq təşkilatların (ÜST, UNAİDS) hesabatlarında öz əksini tapıb: “ÜST-nin 2030-cu ilədək İİV infeksiyası ilə mübarizədə ciddi nailiyyətlərin əldə olunması hədəfi (95-95-95) Azərbaycan üçün də prioritetdir. Hazırda uğurla aparılan tədqiqatların yaxın gələcəkdə bu infeksiyanı tam cilovlamağa imkan verəcəyinə ümid edirik”.

F.Məmmədob qeyd edib ki, İİV infeksiyası ilə kompleks mübarizə işinin əhəmiyyətli hissəsi əhalinin maarifləndirilməsi, o cümlədən tibb personalının bu istiqamətdə biliklərinin təkmilləşdirilməsidir. Davamlı olaraq belə təlimlərin keçirilməsində məqsədimiz infeksiyanın yayılmasının qarşısını almaqdır. Təlimlərimiz Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunub, iştirakçılara müvafiq kredit balları veriləcəkdir.

Təlim iştirakçıları ÜST-nin Avropa Regional ofisinin İİV Proqramları üzrə koordinatoru Vyaçeslav Grankov və RQMM-in direktor müavini Günəş Cəfərovanın “İİV-infeksiyası: epidemiyanın müasir aspektləri”, “İİV-in ötürülmə mexanizmi, patogenezi, yoluxmanın azalmasında viral supressiyanın rolu”, “İİV-ə müayinə və diaqnostika: testləşmə alqoritmi, yoxlama tədqiqatı”, “Müayinə üsulları: yeni yanaşmalar və xidmətlər; müayinə xidmətlərinin inteqrasiyası”, “Azərbaycanda İİV-lə yaşayan insanlar arasında daha çox rast gəlinən ko-infeksiya halları”, “İİV-in qarşısının alınmasında ÜST-ün tövsiyələri” və digər mövzularda təqdimatlarını dinləyiblər.

Çıxış edənlər İİV infeksiyasının diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı müfəssəl məlumat verib, yeni yanaşmaları təqdir edib, tibb müəssisələri arasında əməkdaşlığın yaradılması, müayinələrin götürülməsi, nəqli, göndərilməsi kimi məsələlərə dair tövsiyyələrini səsləndiriblər.

Tədbir növbəti günlərdə davam etdiriləcək.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun