05 Oktyabr 2024 | 09:44
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

İlkin səhiyyə xidməti mütəxəssisləri də beynəlxalq təlimə cəlb olunub

İlkin səhiyyə xidməti mütəxəssisləri də beynəlxalq təlimə cəlb olunub

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • İlkin səhiyyə xidməti mütəxəssisləri də beynəlxalq təlimə cəlb olunub
İlkin səhiyyə xidməti mütəxəssisləri də beynəlxalq təlimə cəlb olunub
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilən təlim öz işini davam etdirir. “İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar” adlı növbəti təlimə ilkin səhiyyə xidməti mütəxəssisləri cəlb olunublar.
Tədbirdə ÜST-nin Avropa Regional ofisinin İİV Proqramları üzrə koordinatoru Vyaçeslav Grankovun, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavinləri Səbinə Babazadə və Günəş Cəfərovanın, Mərkəzin psixoloqu Günel Bəbirovanın təqdimatları dinlənilib. İştirakçılara Azərbaycanda İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət, epidemiyanın müasir aspektləri, İİV-in qarşısının alınmasında ÜST-nin tövsiyələri, stiqma və diskriminasiyaya qarşı mübarizəyə aid məlumatlar verilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun