İspaniyanın Sevilya şəhərində sentyabrın 11-dən 14-dək “Avropa və Mərkəzi Asiyada davamlı inkişaf məqsədləri dövründə fəaliyyətləri icra etmək və hədəflərə nail olmaq” mövzusunda beynəlxalq konfrans keçirilir. Beynəlxalq tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov, direktor müavini Günəş Cəfərova və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin əməkdaşı Sevinc Həsənova təmsil edirlər.
Tədbirdə İİV-lə mübarizə sahəsində region ölkələrinin təcrübələri və nailiyyətləri barədə məruzələr dinləniləcək. Eyni zamanda, konfransın gündəliyinə məqsədyönlü və səmərəli test strategiyalarının müəyyən edilməsi, İİV-ə yoluxma riski yüksək olan əhali arasında testləşmənin gücləndirilməsi, “İBBSS və SE” tədqiqatlarının təkmilləşdirilməsi barədə fikir mübadilələrinin aparılması kimi məsələlər daxildir.