Kimya-biologiya Təmayüllü Respublika Liseyində “Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirici tədbir keçirilib. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri liseyin şagirdlərinə İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, xəstəliyin yoluxma yolları barədə məlumat veriblər.
Tədbirdə çıxış edən Mərkəzin mütəxəssisi Aynur Qarayeva öncə “İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) məktəblilərin anlayacağı tərzdə aydınlıq gətirib. Həkim gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını diqqətə çatdırıb.
Sonda mütəxəssislərə ünvanlanan suallar cavablandırılıb, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.