07 Oktyabr 2024 | 10:17
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Kişinyovda İİV epidemiyasının milli qiymətləndirilməsi üzrə beynəlxalq seminar keçirilib

Kişinyovda İİV epidemiyasının milli qiymətləndirilməsi üzrə beynəlxalq seminar keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Kişinyovda İİV epidemiyasının milli qiymətləndirilməsi üzrə beynəlxalq seminar keçirilib
Kişinyovda İİV epidemiyasının milli qiymətləndirilməsi üzrə beynəlxalq seminar keçirilib

Fevralın 27-dən martın 3-dək Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS proqramının (UNAİDS) təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində (EECA İnteract) İİV epidemiyasının milli qiymətləndirilməsini təmin edən Spektrum modelinin işlənməsi üzrə beynəlxalq seminar keçirilib.

Tədbirə region ölkələri üzrə ekspert qrupları dəvət olunub. Azərbaycanı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri Günəş Cəfərova, Səbuhi Əliyev və Səhiyyə Nazirliyi LƏB üzrə monitorinq və qiymətləndirmə mütəxəssisi Fuad Salmanov təmsil ediblər.

Seminarda İİV-lə mübarizə sahəsində region ölkələrinin təcrübələri və nailiyyətləri barədə məlumatlar dinlənilib, növbəti illərdə icra olunacaq işlərlə bağlı tövsiyələr verilib.

Sonda tədbir iştirakçılarının diqqətinə Azərbaycanın İİV-lə mübarizə sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən təqdimat da çatdırılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun