Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Lənkəran və ətraf rayonlarda İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün maarifləndirmə tədbirləri keçirib.
Lənkəran Regional Laboratoriyasının əməkdaşları Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad rayonlarındakı səhiyyə müəssisələrində, sağlamlıq mərkəzlərində, təhsil ocaqlarında müayinə və maarifləndirmə aksiyaları təşkil ediblər.
Tədbirlərdə həkimlər İİV-infeksiyasının yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat veriblər. Könüllülərə ödənişsiz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
Eyni zamanda, tədbir təşkil olunan müəssisələrdə yüzlərlə vətəndaş həkimlərin təcrübəsindən yararlanıb. Onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.
05 Oktyabr 2024 | 11:35
Edit
İİV haqqında 10 fakt
İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.
Bizimlə Əlaqə
- Bakı şəhəri. Respublika QİÇS-lə Mübarizə Mərkəzi Ünvan: AZ 1022 Bakı şəhəri, Mirqasımov küç. 1/8
- 012 510-08-69
- office@aids.az