Oktyabrın 6-7-də Portuqaliyanın Lissabon şəhərində Avropa Birliyinin Narkotik və Narkomaniya üzrə Monitorinq Mərkəzinin (EMCDDA) narkotiklərlə əlaqəli inyeksion xəstəliklər üzrə ekspertlərinin işgüzar görüşü keçirilib.
Görüşdə ölkəmizi milli məsləhətçi qismində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov təmsil edib.
Tədbirdə inyeksion narkotik istifadəşiləri arasında İİV-in yayılması, zərərin azaldılması üzrə proqramların idarə olunması, təhlili, narkotiklərlə əlaqəli inyeksion xəstəliklər, onların profilaktikası, “meymun çiçəyi” və digər mövzularda təqdimatlar olub.
Qeyd edək ki, bu tədbirədək mövzu üzrə onlayn görüşlər təşkil edilib, bir şox istiqamətlər üzrə müzakirələr aparılıb.