05 Oktyabr 2024 | 01:14
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Respublika QİÇS-lə Mübarizə Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş ümumi yığıncaq keçirilib

Respublika QİÇS-lə Mübarizə Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş ümumi yığıncaq keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Respublika QİÇS-lə Mübarizə Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş ümumi yığıncaq keçirilib
Respublika QİÇS-lə Mübarizə Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş ümumi yığıncaq keçirilib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş ümumi yığıncaq keçirilib.

Yığıncağı giriş nitqi ilə açan Mərkəzin direktoru Famil Məmmədov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara peşələrində uğurlar arzulayıb. F. Məmmədov vurğulayıb ki, bu il xalqımızın ümummilli lideri, dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin anadan olmaının 100 illik yubileyinin qeyd olunması ilə əlamətdardır. Bu gün bayram etdiyimiz Tibb İşçiləri Günü məhz Ulu Öndərin Azərbaycan səhiyyəsinə, tibb işçilərinin fəaliyyətinə yüksək qiymət verməsinin göstəricisidir.

Direktor çıxışının davamında bildirib ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya  əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daim dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını məhdud mərhələdə saxlamağa imkan verib. Əhali, xüsusilə də gənclər arasında İİV/QİÇS-lə mübarizə istiqamətində həyata keçirilən təbliğat və maarifləndirmə işləri Mərkəzin fəaliyyətində əsas yer tutur. RQMM mart ayında Qarabağ Regional Təhsil İdarəsi ilə birgə Tərtər, Bərdə, Ağcabədi, Füzuli rayonlarında, Bakıda yerləşən Şuşa məktəblərində və Gəncədə yerləşən Xocalı məktəblərində ümumilikdə 30-dan artıq olmaqla müəllim heyəti və şagirdlər üçün “Sağlam həyat-etibarlı gələcək”, “QİÇS-ə qarşı mübarizə” adlı maarifləndirici tədbirlər keçirib. 

Famil Məmmədov deyd edib ki, bu ilin fevralında Respublika QİÇS-lə Mübarizə Mərkəzində Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə nümayəndə heyəti ilə görüş keçirmişik. Əməkdaşlarımız Cenevrədə İİV-ə testləşmə hədəfləri üzrə strategiyanın təkmilləşdirilməsinə həsr olunmuş regional konfransda, Azərbaycanda infeksiyalara nəzarətin artırılması və mövcud vəziyyətin təkmilləşdirilməsi məqsədilə İsveç və Danimarkada təşkil olunmuş tədris turunda,  Moldovanın paytaxtı Kişinyovda BMT-nin İİV/QİÇS proqramının (UNAİDS) təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində İİV epidemiyasının milli qiymətləndirilməsini təmin edən Spectrum modelinin işlənməsi üzrə keçirilən seminarda iştirak etmişlər. RQMM-in təşəbbüsü ilə mərkəz və regional laboratoriyalarının tibb işçilərinin bacarıq və qabiliyyətlərinin artırılması məqsədilə silsilə təlimlər keçirilib. Mart ayında paytaxtda keçirilən X Qlobal Forum çərçivəsində BMT-nin İİV üzrə birgə proqramının icraçı direktorunun ölkəmizdə İİV infeksiyasının idarə olunması və bu infeksiya ilə mübarizə istiqamətində əldə olunan uğurları xüsusi qeyd edilib.

Direktor onu da vurğulayıb ki, təcrübəli həkimlərimiz 2 metodik tövsiyə hazırlayıb. Müxtəlif sahələr üzrə 4 kliniki protokol üzərində iş aparırıq. Beynəlxalq tədbirlərdə əməkdaşlarımızın tezisləri qəbul olunub. Hazırda beynəlxalq konfransa hazırlıq görürük. Fəaliyyətimiz Səhiyyə Nazirliyi, birgə işlədiyimiz beynəlxalq təşkilatlar, həmkarlarımız tərəfindən dəyərləndirilir. Bu, bizi sevindirir, yeni uğurlara sövq etdirir.

Bütün tibb işçilərini, kollektiv üzvlərini peşə bayramı münasibəti ilə səmimi təbrik edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə bildirib ki, bu gün həm bayramımıza, həm də uğurlarımıza görə hər birimiz sevincliyik. Mərkəzimizin direktorunun “Səhiyyə əlaçısı” döş nişanı, digər əməkdaşımızın Fəxri Fərmanla təltif olunması bizi daha da qürurlandırır. Bunu hər birimizin əməyinə verilən dəyər kimi qəbul edirik.

Mərkəzin təşkilati işlər şöbəsinin müdiri Eldəniz Muradov da həmkarlarını peşə bayramı münasibəti ilə təbrik edib, yeni təltif olunan əməkdaşlara tövsiyyələr verib.     

Tədbirdə Mərkəzin direktoru “Təşəkkürnamə” ilə təltif olunan əməkdaşları təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun