05 Oktyabr 2024 | 09:51
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Masallıda dəyirmi masa: QİÇS xəstəliyi və ondan qorunma yolları

Masallıda dəyirmi masa: QİÇS xəstəliyi və ondan qorunma yolları

  • Əsas səhifə
  • -
  • Mətbuatda haqqımızda
  • -
  • Masallıda dəyirmi masa: QİÇS xəstəliyi və ondan qorunma yolları
Masallıda dəyirmi masa: QİÇS xəstəliyi və ondan qorunma yolları

Dekabrın 1-də “Masallı gənclər evi” sosial xidmət müəssisəsində rayonun gənclər və idman idarəsinin təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş “QİÇS xəstəliyi, onun zərərləri və ondan qorunma yolları” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qarabağ müharibələrində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək bildirib ki, İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir.

O, çıxışında QİÇS və narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərlərdən və narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətin bütün təbəqələri fəal iştirak etməlidirlər.

Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışan S.Cahangirov deyib ki, narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Komitənin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Salman Yunusov mövzu ətrafında çıxış ediblər.

Çıxış edənlər QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da yayıldığını, hər kəsi düşündürən aktual məsələlərdən biri olduğunu vurğulayaraq ölkəmizin bütün bölgələrində, o cümlədən Masallıda bu bəlaya qarşı vaxtaşırı olaraq tədbirlərin keçirildiyini diqqətə çatdırıblar.

Sonda gənclərə mövzu ilə bağlı hazırlanmış bukletlər paylanılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun