05 Oktyabr 2024 | 10:08
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Mingəçevir və ətraf rayonlarda maarifləndirmə tədbirləri keçirilib

Mingəçevir və ətraf rayonlarda maarifləndirmə tədbirləri keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Mingəçevir və ətraf rayonlarda maarifləndirmə tədbirləri keçirilib
Mingəçevir və ətraf rayonlarda maarifləndirmə tədbirləri keçirilib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində bölgələrdə də İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün maarifləndirmə işlərini davam etdirir.
Mingəçevir Regional Laboratoriyasının əməkdaşları Mingəçevir Dövlət Universitetində, Mingəçevir Tibb Kollecində, Mingəçevir Turizm Kollecində, eləcə də Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab rayonlarındakı mərkəzi xəstəxanalarda, ümumtəhsil məktəblərində və əhalinin daha çox sıx olduğu digər yerlərdə müayinə və maarifləndirmə tədbirləri keçiriblər.
Təhsil ocaqlarında, səhiyyə müəssisələrində tələbə və işçilərə təcrübəli həkimlər İİV/QİÇS-lə bağlı mühazirələr oxuyub, xəstəliyin tarixi, yoluxma yolları, profilaktika, müayinə və müalicəsi barədə ətraflı məlumat veriblər. Tələbələr maraqlandıqları suallara cavab alıb, arzu etdikləri halda İİV testindən keçiblər.
Təhsil ocaqlarında quraşdırılan informasiya guşəsində də hər bir insan həkimlərin təcrübəsindən yararlanıb. Onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun