Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında İİV infeksiyası ilə mübarizə istiqamətində aksiya keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları təşkil ediblər. Sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri aşkarlamaq məqsədilə keçirilən aksiyada insanlar öz statusunu dəqiqləşdirib.
Tədbirdə İİV/QİÇS-ə yoluxma yolları, onun ödənişsiz, anonim qaydada müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.