05 Oktyabr 2024 | 11:17
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

“Özünü QİÇS-dən qoru” – orta məktəbdə maarifləndirmə tədbiri

“Özünü QİÇS-dən qoru” – orta məktəbdə maarifləndirmə tədbiri

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • “Özünü QİÇS-dən qoru” – orta məktəbdə maarifləndirmə tədbiri
“Özünü QİÇS-dən qoru” – orta məktəbdə maarifləndirmə tədbiri

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Xəzər rayon Şüvəlan qəsəbəsindəki 237 nömrəli  tam orta məktəbdə “Özünü QİÇS-dən qoru” adlı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər.

İştirakçılara İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi fəsadlar, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, Qazanılmış İmmun Çatışmazlığı Sindromundan (QİÇS) qorunmaq yolları barədə geniş məlumat verilib.

Mərkəzin mütəxəssisi Samirə Vəliyeva gənclər arasında  xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını xatırladıb, bu virusa yoluxmuş insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Zümrüd Abbasova isə çagirdləri zərərli vərdişlərdən uzaq olmağa, ən əsası isə bu sahədə mövcud bilgiləri mənimsəməyə çağırıb.

Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib, onlara virus və xəstəliklə bağlı maarifləndirici bukletlər paylanıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun