Təlimat antenatal xidmət göstərən qadın məsləhətxanalarının, ambulator-poliklinik tibb müəssisələrinin mama-ginekoloqları və mamaları üçün tərtib edilib.
Hamilə qadınlara doğuşaqədər göstərilən tibbi xidmət antenatal qulluq olub, reproduktiv sağlamlığın ayrılmaz tərkib hissəsidir. Qadın məsləhətxanaları və ambulator-poliklinik tibb müəssisələri bu yardımın göstərilməsində xüsusi rol oynayaraq, özündə ananın və dölün rifahını təmin etməyə yönəlmiş maarifləndirmə, məsləhətvermə, skrininq və müalicə xidmətlərini birləşdirir.
Tərtibatçılar: F.Qurbanova, t.e.d., F.Abbasova, t.f.d., M.Həmzəyev, dosent, t.f.d., G.Rzayeva, R.Yusifli, S.İsmayılova, G.Rzayeva, G.Həsənova
Rəyçilər: H.Bağırova, professor, t.e.d. , F.Əliyeva, dosent, t.f.d.