Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında QİÇS-in profilaktikasına dair təbliğat tədbirləri gücləndirilib. Bu məqsədlə mərkəzin əməkdaşları Kəngərli rayonunda yerləşən Penitensiar Xidmətin müəssisələrində olan məhkumlardan qan nümunələri götürüblər. Nümunələr İİV və hepatit B, C viruslarının müayinəsi üçün laboratoriyaya göndərilib.
Həmçinin mərkəzin əməkdaşları Aşura günü qanvermə aksiyalarında yüzlərlə adamdan götürülən qan nümunələrinin İİV-ə qarşı müayinə olunmasında fəal iştirak ediblər.