05 Oktyabr 2024 | 10:09
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

QİÇS-lə Mübarizə Mərkəzindən tibb müəssisələrinin rəhbərləri üçün seminar

QİÇS-lə Mübarizə Mərkəzindən tibb müəssisələrinin rəhbərləri üçün seminar

  • Əsas səhifə
  • -
  • Mətbuatda haqqımızda
  • -
  • QİÇS-lə Mübarizə Mərkəzindən tibb müəssisələrinin rəhbərləri üçün seminar

Bayraqdar.info

 

Bayraqdar.info – Ölkə Əlaqələndirici Komissiyasının (CCM) təşəbbüsü ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) əməkdaşları tərəfindən tibb müəssisələrinin rəhbərləri üçün seminar keçirilib.

Xəbər bayraqdar.info-ya noyabrın 25-də Səhiyyə Nazirliyindən verilib.

Tədbirdə RQMM-nin direktoru Famil Məmmədov insan sağlamlığı üçün təhlükəli olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) Azərbaycanda yayılmasının qarşısının alınmasına, əhalinin sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılmasının vacibliyini diqqətə çatdırıb. O, COVID-19 pandemiyasının beynəlxalq səhiyyə sistemi üçün bir sıra qlobal problemlər yaratdığı bir dövrdə ölkənin Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər haqqında danışıb. RQMM-nin direktoru həmçinin Respublikada İİV-ə testləşmənin aparılmasının vacibliyini, müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini, QİÇS-lə bağlı ölüm hallarının azaldığını bildirib.

“RQMM-nin direktor müavini Səbinə Babazadə İİV/QİÇS-lə mübarizədə Səhiyyə Nazirliyinin qeyri-hökumət təşkilatları ilə işbirliyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Vərəm, HİV və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun layihəsi çərçivəsində xidmət göstərən qeyri-hökümət təşkilatları Səhiyyə Nazirliyi və onun strukturu olan RQMM ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, UNAIDS, WHO, UNICEF, INDP və digər beynəlxalq təşkilatlarla ortaq fəaliyyət davam etdirilir.

“Tədbirdə həmçinin, RQMM-nin Epidemiolojı nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyev “Azərbaycanda İİV-infeksiyası/QİÇS-lə bağlı epidemiolojı vəziyyət və mübarizə tədbirləri” mövzusunda çıxış edib. Qəbul şöbəsinin müdiri Ədilə Rzayeva “Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə görə aparılan müayinələr və mövcüd çətinliklər” mövzusuna toxunub. Mərkəzin müalicə işləri üzrə mütəxəssisi Samirə Vəliyeva isə “İİV/QİÇS-lə bağlı müalicə və profilaktika tədbirləri”ndən danışıb”, – deyə xəbərdə bildirilir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun