Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq üçün Quba və ətraf rayonlarda aksiyalar keçirib.
RQMM və Quba Regional Laboratoriyasının təşkilatçılığı ilə Quba Sosial İqtisad Kollecində, rayonun Ailə Sağlamlıq Mərkəzində, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Quba rayonlarının mərkəzi xəstəxanalarında və digər səhiyyə, təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirilib, müayinələr aparılıb.
Təhsil ocaqlarında və tibb ocaqlarında tələbələrə, işçilərə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə bağlı mühazirələr oxunub, xəstəliyin yoluxma yolları, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.