Quba Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında İİV-in erkən aşkarlanması ilə bağlı müayinələr aparılıb. Tədbiri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Quba Regional Laboratoriyasının əməkdaşları təşkil ediblər. İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri aşkarlamaq məqsədilə keçirilən aksiyalarda insanlar öz statusunu dəqiqləşdirib.
Təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-ə yoluxma yolları, onun ödənişsiz, anonim qaydada müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.