Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi maarifləndirməyə xüsusi önəm verir. Mərkəzin əməkdaşları insanların daha çox cəmləşdiyi yerlərdə – Dənizkənarı Milli Parkda, Fəvvarələr Meydanında, Bakı Beynəlxalq Avtovağzalında, Bakı Dəmiryolu Vağzalında, Park Bulvarda, Metroparkda, “28 Mall”, “Gənclik Mall”, “Aygün Mall”, “Binə”, “Sədərək” və digər böyük ticarət mərkəzlərində maarifləndirmə aksiyaları keçirirlər. Tədbirlərdə insanlar İİV/QİÇS-lə bağlı məlumatlandırılır, onlara xüsusi hazırlanmış bukletlər, broşürlər, blaknotlar və digər maarifləndirici materiallar verilir.
Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərimiz ilin hər fəslində paytaxtla yanaşı, bölgələrdə də davam etdirilir.