05 Oktyabr 2024 | 10:15
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN 2019-cu ilin yekunları üzrə Azərbaycanda İİV-infeksiyası/QİÇS problemi ilə əlaqədar PRESS-RELİZİ

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN 2019-cu ilin yekunları üzrə Azərbaycanda İİV-infeksiyası/QİÇS problemi ilə əlaqədar PRESS-RELİZİ

  • Əsas səhifə
  • -
  • Press-reliz
  • -
  • RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN 2019-cu ilin yekunları üzrə Azərbaycanda İİV-infeksiyası/QİÇS problemi ilə əlaqədar PRESS-RELİZİ

İİV-infeksiyası/QİÇS pandemiyası, dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, xüsusi ilə Şərgi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda inkişafını davam etdirməkdədir. Azərbaycan, İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasında dayanıqlı yer tutmaqda, davam edir. Burada epidemiya uzun illərdir ki, yoluxmaya yüksək riskli qruplara aid olan əhali təbəqəsi – inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır və bu kontingent, ümumi İİV-lə yaşayan insanlar arasında nəzərə çarpacaq sayda yer tutmasına davam edir. Belə ki, Azərbaycan vətəndaşları arasında 2019-ci il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 13,6%-i, 1987-01.01.2020-cu  illər ərzində isə  aşkar olunan halların 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Bu səbəbdən də Respublika Səhiyyə Nazirliyinin daim dəstəyi və hərtərəfli təminatı sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olmuşdur.

2019-cu il ərzində İİV-ə yeni yoluxma halları 721 təşkil etmişdir. Onlardan, 686-sı (95,2%) Azərbaycan vətəndaşlarında, 35-i (4,8%) isə əcnəbilərdə aşkarlanmışdır. Qeydiyyata alınmış 686 yerli sakinlərdən 447-si (65,2%) kişi, 239-u (34,8%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 190 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və  İİV-infeksiyasından 73 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olmuşdur.

2019-cu il ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: 93 nəfər (13,6%) parenteral, 511 nəfər (74,5%) heteroseksual, 47 nəfər (6,9%) homoseksual kontakt nəticəsində, 3 nəfər (0,4%) şaquli yolla, 32 nəfərin (4,6%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2019-cu ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6804 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4760-si (70,0%) kişi, 2044-i (30,0%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1787  nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş  vətəndaşların sayı isə 1042 nəfər olmuşdur.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən ölkə vətəndaşlarının 41,1%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,9%-də heteroseksual, 3,1%-də isə homoseksual kontakt nəticəsində, 1,7%-də anadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 6,2% -də yoluxma yolu müəyyən edilməmişdir.

Bu qəbildən tədbirlərə aid olan, 01.06.2015-ci il tarixdən tətbiq edilən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin mütləq tibbi müayinəsi cərçivəsində, 2019-cu il ərzində 139478  şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş, 150 qan nümunəsində ilkin olaraq İİV aşkarlanmış və onlardan 50 nəfərdə yeni yoluxma halı təsdiqlənmişdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5846 İİV-lə yaşayan insan  cəlb olunmuş, onlardan 689 nəfərə müalicə 2019-cu ilin il ərzində başlanılmışdır.

Əvvəlki illərdə olduğu kimi, 2019-cu il ərzində Mərkəzin əməkdaşlarının səyi ilə İİV/QİÇS-lə  bağlı maarifləndirmə işləri gücləndirilmiş, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV-infeksiyasının profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər genişləndirilmişdir.  Bakı şəhərinin bir sıra rayon orta ümumtəhsil məktəblərində silsilə müharizə və təlimlər davam etdirilmiş, informasiya materialları yayılmışdır. Bu təlimatlandırma narkomaniya/İİV-infeksiyası ilə mübarizə təbliğatını məktəblərdə tədris səviyyəsinə qaldırmağa imkan vermişdir.

Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Ünvan:Mir-Qasımov küç., 1/8

E-mail:office@aids.az   

Tel:012 510 08 69

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun