07 Oktyabr 2024 | 08:11
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN 2020-ci ilin yekunları üzrə Azərbaycanda İİV-infeksiyası/QİÇS problemi ilə əlaqədar PRESS-RELİZİ

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN 2020-ci ilin yekunları üzrə Azərbaycanda İİV-infeksiyası/QİÇS problemi ilə əlaqədar PRESS-RELİZİ

  • Əsas səhifə
  • -
  • Press-reliz
  • -
  • RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN 2020-ci ilin yekunları üzrə Azərbaycanda İİV-infeksiyası/QİÇS problemi ilə əlaqədar PRESS-RELİZİ

İİV-infeksiyası/QİÇS pandemiyası, dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, xüsusi ilə Şərgi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda inkişafını davam etdirməkdədir. Azərbaycan, İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasında dayanıqlı yer tutmaqda, davam edir. Burada epidemiya uzun illərdir ki, yoluxmaya yüksək riskli qruplara aid olan əhali təbəqəsi – inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır və bu kontingent, ümumi İİV-lə yaşayan insanlar arasında nəzərə çarpacaq sayda yer tutmasına davam edir. Belə ki, Azərbaycan vətəndaşları arasında 2020-ci il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 16,3%-i, 1987-01.01.2021-ci  illər ərzində isə  aşkar olunan halların 39,5%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Bu səbəbdən də Respublika Səhiyyə Nazirliyinin daim dəstəyi və hərtərəfli təminatı sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olmuşdur.

2020-ci il ərzində İİV-ə yeni yoluxma halları 559 təşkil etmişdir. Onlardan, 547-si (97,9%) Azərbaycan vətəndaşlarında, 12-i (2,1%) isə əcnəbilərdə aşkarlanmışdır. Qeydiyyata alınmış 547 yerli sakinlərdən 378-i (69,1%) kişi, 169-u (30,9%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 105 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və  İİV-infeksiyasından 51 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olmuşdur.

2020-ci il ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: 89 nəfər (16,3%) parenteral, 391 nəfər (71,5%) heteroseksual, 56 nəfər (10,2%) homoseksual kontakt nəticəsində, 2 nəfər (0,4%) şaquli yolla, 9 nəfərin (1,6%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2020-ci ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 7302 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 5096-si (69,7%) kişi, 2206-i (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1875  nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş  vətəndaşların sayı isə 1093 nəfər olmuşdur.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən ölkə vətəndaşlarının 39,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 49,5%-də heteroseksual, 3,6%-də isə homoseksual kontakt nəticəsində, 1,6%-də anadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 5,8% -də yoluxma yolu müəyyən edilməmişdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 6416 İİV-lə yaşayan insan  cəlb olunmuş, onlardan 570 nəfərə müalicə 2020-ci ilin il ərzində başlanılmışdır.

2020-ci il ərzində, ölkəmizdə yayılan COVİD-19 pandemiyası, İİV-infeksiyası ilə mübarizə sahəsinə təsirsiz ötüşməmişdir.

Tətbiq olunan karantin rejimi, o cümlədən sosial izolyasiya, nəqliyyat məhdudiyyətləri, bir çox tibb müəssisələrinin COVİD-19 yoluxmuşlar üçün profilləşdirilməsi,  İİV-lə mübarizə xidmətinin də pandemiya ilə mübarizəyə cəlb etmişdir. Belə ki, RQMM-in laborator xidmət bazasında COVİD-19-un diaqnostikası təşkil olunmuş və hal-hazırda aparılmaqdadır.

Səhiyyə Nazirliyinin dəstəyi ilə “İİV-lə yaşayan insanlara İİV və COVİD-19 barədə nə bilmək lazımdır” xususi buklet hazırlanıb və İİV-ə aid digər informasiya materialları ilə əhaliyə paylanılmışdır. Eyni vaxtda RQMM-nin mütəxəssilərinin  əhalinin ən çox istifadə etdiyi  messencerlərər vasitəsilə  ölkə vətəndaşları və xaricdə yaşayan həmvətənlərimiz üçün 24 saat on-line konsultasiya təşkil olunmuşdur.

Regionlarla əlaqələrin məhdudlaşdırılması ilə bağlı, regional laboratoriya və ART mərkəzlərinin dərman preparatları, reaktiv və digər materiallar ilə təminatı bilavasitə RQMM-nin avtonəqliyyatı ilə aparılmış və ART-preparatların xəstələrə çatdırılması GHT-lər vasitəsi ilə həyata keçirilmişdir.

Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla da əməkdaşlıq davam etdirilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Ünvan:Mir-Qasımov küç., 1/8

E-mail:office@aids.az   

Tel:012 510 08 69

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun