Mərkəzin laboratoriyası 7 müayinə boksundan ibarətdir:
- Təqdim olunan qan nümunələrinin qeydiyyatı və müayinələr üçün hazırlanması boksu;
- Serologiya boksu – seroloji müayinələrin aparıldığı (İİV-ə skrininq, arbitraj və immunoblot müayinəsi) boks;
- Hepatit və opportunistik infeksiyaların skrininqi boksu;
- Biokimyəvi və ümumi klinik müayinələr boksu (qanın ümumi, biokimyəvi, sidiyin və nəcisin morfologiyası);
- Bakteriologiya boksu;
- İmmunologiya boksu;
- Molekulyar-qenetik müayinələr və rezistentliyin təyin edilməsi üzrə boks 4 otaqdan ibarət olan bu boks 2 hissəyə ayrılıb.
- Qeydiyyat və nümunələrin müayinəyə hazırlanması boksu
Bütün qan nümunələri Mərkəzin qəbul şöbəsində qeydiyyatdan keçirildikdən sonra laboratoriyaya daxil olunur. Səhiyyə Nazirliyinin 2011-ci il 29 nömrəli əmrinə əsasən skrininq müayinəsi üçün Mərkəzə, Bakı şəhəriin 5 rayonlarında (Qaradağ, Binəqədi, Yasamal, Səbail, Nəsimi) yerləşən tibb müəsisələrindən qan nümunələri göndərilir. Müsbət nəticənin təsdiq olunması məqsədilə regional laboratoriya və bir sıra digər səlahiyyətli laboratoriyalardan qan nümunələri də daxil olur. Laboratoriyanın qəbul boksunda qan nümunələri tərkib hissələrə ayırılır və müvafiq bokslara göndərirlər.
- Seroloji müayinələr boksu
Seroloji müayinələr ÜST-ün tövsiyələrinə uyğun edilir. 2011-ci ildən İİV-ə skrininq və arbitraj müayinələri Abbott firmasının “Architect” cihazında aparılır. Bu cihazda aparılan müayinələr xemoluminisent üsuluna əsaslanır.
Xemoluminisent müayinəsi daha yüksək həssaslığa və spesifikliyə malikdir. Həssaslıq – 100 faiz, Spesifiklik – >99.5 faiz və cüzi sayda “yanlış müsbət” nəticələrin alınmasına səbəb olur.
Skrininq müayinələr İFA üsulu ilə də aparılır. Vətəndaşların ehtiyaclarını ilk dəfədən ödəmək məqsədilə, iki firmanın (Biorad və Rusiyanın ДС -ИФА-ВИЧ) test-sistemləri ilə müayinələrin aparılması nəticələrin dürüstlüyünə təminat verir.
Skrininq müayinəsi zamanı İFA üsulu ilə müsbət nəticə verən qan nümunələri II mərhələdə fərqli digər 2-3 test-sistemdə yoxlanılır. Nəticə mənfi olduqda numünə neqativ hesab edilir. Müsbət nətıcə göstərən nümunələr – 3-cü mərhələdə təsdiqedici İmmunobloting (İB) üsulu ilə yoxlanılır. Mahiyyətcə İFA-nın növü olan immunoblotinq (İB) üsulu ilə İİV-in antigenləri (zülallar) təyin edilir. Bu müayinələrin aparılmasında mərkəzi laboratoriyada iki növ test sistemi işlənilir (FUJİREBİQ firmasının istehsalı olan İNNO-LİA HİV1/2 Score və BioRad New LAV Blot). Bu müayinələrin müsbət nəticələri əsasında Ekspert Şurasında şəxslər daimi qeydiyyata götürülür. 2021-ci ilin 9 ayı ərzində 61592 müayinə aparılıb, onlardan musbət nəticə əsasında 522 nəfər qeydiyyata götürülüb.
- Hepatit və opportunistik infeksiyaların skrininqi boksu
Mərkəzdə müəyyən olunmuş qayda və milli protokolun tələbləri üzrə dispanser qeydiyyatına götürülən şəxslərin qan nümunələri HbsAg, anti-HCV, Lues, CMV, HSV, Toksoplazma mövcudluğuna müayinələrdən keçirilir.
Bu müayinələr seroloji üsulla İFA test sistemləri ilə aparılır. 2021-ci ilin 9 ayı ərzində 870 Hbsag (23 müsbət); HCV 869 (123 müsbət); opportunistik infeksiyalara 1484 (395 müsbət).
- Biokimyəvi və ümumi klinik müayinələr boksu
Biokimyəvi və ümumi klinik boksunda Mərkəzin dispanser və stasionar şöbələrindən göndərilən qan nümunələri müayinə olunur. Laboratoriyaya daxil olan qan nümunələrinin ümumi klinik müayinəsi “Sysmex XP-300” hematoloji analizatorda aparılır. 2021-ci ilin 5 ayı ərzində 3093 belə müayınə edilib.
Bütün biokimyəvi müayinələr Cormay MULTİ PLUS analizatorunda aparılır. (ALAT, ASAT, Kreatinin, Bilirubin, Amilaza, Xolesterin, Triqliseridlər, LDH, Qlükoza, ALP göstəriciləri). Cihaz yarım avtomat və açıq sistem qaydasında işləyir. 2021-ci ilin 9 ayı ərzində 10077 müayınə aparılıb.
- İmmunologiya boksu
İmmunoloji boksda İİV-ə yoluxmuş xəstələrin immun statusu 2 “BD Fax Calibur” Axar sitometrlərində yoxlanılır. Bu müayinənin nəticəsində ARV-terapiyanı tətbiq etmək üçün xəstələr müəyyənləşdirilir. 2021-ci ilin 5 ayı ərzində 3244 müayinə aparılıb.
- Molekulyar – genetik müayinələr və rezistentliyin təyin edilməsi boksu
Molekulyar-qenetik bokslarda qydiyyatda olan xəstələrin virus yükü PZR üsulu ilə təyin edilir. Müayinələr tam avtomat “Abbott 2000 sp” cihazında aparılır. Cihaz 1 dəfəyə 24,48 və ya 96 müayinə aparmaq mümkündür . Bundan əlavə, 2019-cu ilin dekabrında Qlobal Fond tərəfindən PZR müayinəsi üçün “GENE X-Pert” cihazı verilib. Bu cihazda bir dəfəyə 16 müayinə aparmaq imkanı var və 90 dəqiqəyə nəticə almaq mümkün olur. Ümumiyyətlə, 2021-ci ili 9 ayı ərzində 4080 PZR müayinə aparılıb.
PZR boksunda Applied Biosystems genetik analizator/sekvenator 3500 (ABŞ) cihazından istifadə edilir. Klassik sekvenatorlarda müayinə üçün homogen prob istifadə olunur. Sekvenasiyadan əvvəl PZR vasitəsilə DNT sahələrinin amplifikasiyası olunur. Bunun nəticəsində eyni DNT-nin fraqmentləri alınır. Bu cihaz rezistentliyi və DNT molekulasının genetik strukturunu təyin edir.
- Baktereologiya boksu
Bakterioloji boksda qeydiyyatda olan xəstələrin vərəm mikobakteriyalarının müayinəsi aparılır. 2017-ci ildə İnnovasiya və Təchizat Mərkəzi tərəfindən RQMM-də GENE X-Pert cihazı quraşdırılıb. Bu cihaz vərəm mikrobakteriyaların DNT-sini aşkar edən cihazdır və hər hansı bir vərəm əleyhinə dərman preparatlarına qarşı həssaslığı təyin edir.
Cihaz onda işləyən mütəxəssisin infeksion maddə ilə təmasını minimuma endirir. 2021-ci ilin 9 ayı ərzində 149 müayinə aparılıb və onlardan 6 müsbət nəticə verilib.
2020-ci ilin iyulunda COVID-19 pandemiyası ilə əlaqədar, RGMM-in PZR boksu koronavirus müayinəsi üçün ayrılıb. Laboratoriyanın iki həkimi, üç laborantı və operator bu işə cəlb edilib. Gün ərzində təxminən 200-ə yaxın Abbort cihazında müayinə aparılır. Hazırda müayinələrin aparılması davam etdirilir. 7 iyul 2020-ci il tarixdən, 30 may 2021-ci il tarixədək laboratoriyada 4096 müayinə aparılıb və onlardan 372 müsbət nəticə verib.