05 Oktyabr 2024 | 09:28
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova: Müalicənin əsas şərti xəstələrin müalicə kursuna əməl etməsidir

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova: Müalicənin əsas şərti xəstələrin müalicə kursuna əməl etməsidir

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova: Müalicənin əsas şərti xəstələrin müalicə kursuna əməl etməsidir
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova: Müalicənin əsas şərti xəstələrin müalicə kursuna əməl etməsidir

Günəş xanım, əvvəlcə  İİV /QİÇS və infeksiyanın yoluxma yolları barədə məlumat verərdiniz.

İİV infeksiyası İnsanın İmmunçatışmazlığı Virusları tərəfindən törədilən və immun sistemin artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir. QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) isə İİV nfeksiyasının sonuncu kliniki mərhələsi olub, digər ağırlaşmaların, məsələn vərəm, onkoloji xəstəliklər, mərkəzi sinir sisteminin zədələnmısi ilə müşayiət olunan haldır.

Xəstəliyin 3 əsas yoluxma yolu var:

  • Cinsi yolla – İİV-ə yoluxmuş insanla cinsi kontaktda olduqda, xüsusən təsadüfi, qorunmamış cinsi kontaktlar nəticəsində.
  • Parenteral yol – İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində, İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı, İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində, İİV-lə çirklənmiş gigiyenik və digər məişət ləvazimatlarinin istifadəsi zamanı açıq yara ilə təmasda olduğu təqdirdə.
  • Perinatal yoluxma İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində baş verə bilər.

– İİV infeksiyasına yoluxma zamanı hansı kliniki əlamətlər müşahidə oluna bilər?

– İİV spesifik əlamətləri olmayan bir infeksiyadır. Xəstəliyin gedişində 4 kliniki mərhələ ayırd olunur. Bu mərhələlərdən asılı olaraq İİV-ə yoluxmuş şəxslərdə müxtəlif kliniki simptomlar müşahidə oluna bilər. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi baş verir. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar (dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər) qeyd olunur. Bəzən xəstəlik illərlə gizli gedişata malik olur və heç bir əlamət hiss olunmadan təsadüfi müayinələr zamanı qanda virus aşkarlanır.

Hazırda ölkəmizdə İİV-lə bağlı epidemioloji vəziyyət hansı səviyyədədir?

Dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir. Region ölkələri ilə müqayisədə Azərbaycan İİV infeksiyasının yayılma göstəricisi ən aşağı olan ölkədir. Səhiyyə Nazirliyi tərəfindən aparılan işlər sayəsində risk qrupları arasında aparılan məqsədli fəaliyyət İİV infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.

Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2022-ci ilin sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8563 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 69,5 faizi kişi, 30,5 faizi qadındır.

– İİV-ə yoluxmuş şəxslərin müalicəsi necə aparılır?

İİV-ə yoluxmuş şəxslərin müalicəsi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir və təyin olunmuş dərman preparatları ilə dövlət tərəfindən təmin olunurlar. Müalicənin əsas məqsədi orqanizmdə İİV virusunun səviyyəsinin minimuma endirilməsi ilə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ölüm hallarının və İİV-in ötürülmə tezliyinin azaldılmasından ibarətdir.

Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicə kursuna ciddi əməl etməsidir. Burada ən vacib məqam müalicənin ömürlük olmasıdır. Xəstələr ART rejiminə (Antiretrovirus terapiya, yəni qanda İİV virusunun səviyyəsinin minimuma endirilməsi üçün təyin olunan müalicə) düzgün əməl etmədikdə əlavə fəsadlar müşahidə oluna bilər. Bu hallar həkimlərimiz tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir.

– İİV-lə mübarizədə Mərkəz tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər və bu istiqamətdə görülən işlər haqqında məlumat verərdiniz.

– İİV nfeksiyasının daha çox risk qrupları arasında yayılmasına baxmayaraq, Respublika QİÇS-lə Mübarizə Mərkəzi risk qrupları ilə yanaşı, ümumi əhali arasında da maarifləndirici tədbirlər həyata keçirir. Belə ki, əhalinin sıx toplaşdığı məkanlarda, iri ticarət mərkəzlərində, eyni zamanda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq şəklində paytaxtda və regionlardakı orta və ali təhsil ocaqlarında sisilə tədbirlər və kütləvi müayinə aksiyaları təşkil olunur. Bundan əlavə, Mərkəzin “Bakı Metropoliteni” QSC ilə əməkdaşlığı sayəsində metropolitenin 18 stansiyasında gün ərzində maarifləndirici videoçarxlar nümayiş olunur. Bakı Nəqliyyat Agentliyinin dayanacaqlarında elanlarımız yayımlanır.

Həmçinin, QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları mütəmadi olaraq tibb müəssisələrində həkimlər və orta tibb işçiləri üçün də İİV infeksiyası ilə bağlı təlimlər həyata keçirir, o cümlədən klinik protokollar və metodiki tövsiyələr hazırlayır.

– İİV-ə yoluxma şübhəsi olan şəxs nə etməlidir? Xəstəliyə yoluxmanın qarşısını necə almaq olar?

– Xəstəliklə mübarizədə ən əsas şərt profilaktik tədbirlərin həyata keçirilməsidir. Unutmamalıyıq ki, profilaktika hər zaman müalicədən daha üstündür. Riskli davranışlardan çəkinməklə, pis vərdişlərdən uzaq olmaqla, gigiyenik qaydalara əməl etməklə, maariflənməklə biz özümüzü və ətrafımızdakıları İİV-ə yoluxmadan qoruya bilərik.

Tövsiyə olunur ki, hər bir şəxs yoluxma şübhəsindən asılı olmayaraq ən azı ildə 2 dəfə İİV müayinəsindən keçsin. Müayinələr Mərkəzdə və regional laboratoriyalarda anonim qaydada və ödənişsiz olaraq həyata keçirilir. Eyni zamanda, müayinədən keçən şəxslər üçün Mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, PREP (İİV-ə yoluxmanən qarşısını almaq məqsədi ilə təmasdan öncə aparılan profilaktika) və Postkontakt profilaktika (təmasdan sonra aparılan profilaktika) barədə məlumatlar verilir. Əgər bir şəxsin İİV-ə yoluxma şübhəsi varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. 72 saatdan gec olmayaraq ona postkontakt profilaktika təyin olunur.  (https://sehiyye.gov.az)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun