05 Oktyabr 2024 | 00:15
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Yevlaxda “Biz həyatı sevirik” adlı maarifləndirmə tədbiri keçirilib

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Yevlaxda “Biz həyatı sevirik” adlı maarifləndirmə tədbiri keçirilib

  • Əsas səhifə
  • -
  • Mətbuatda haqqımızda
  • -
  • Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Yevlaxda “Biz həyatı sevirik” adlı maarifləndirmə tədbiri keçirilib
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Yevlaxda “Biz həyatı sevirik” adlı maarifləndirmə tədbiri keçirilib
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə Yevlax rayonundakı 1, 2, 3, 5, 7 və 9 nömrəli tam orta məktəblərdə “Biz həyatı sevirik” adlı maarifləndirmə tədbiri keçirilib.
 
Orta məktəblərin X-XI sinif şagirdlərinin və müəllim kollektivlərinin iştirak etdiyi tədbir sağlam həyat tərzini təbliğ etməsi, İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadları, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, xəstəliyin yoluxma yolları barədə məlumat vermək məqsədilə təşkil olunub.
 
Maarifləndirici tədbirdə RQMM-in həkimləri gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın əsas yollarını xatırladıb, bu virusa yoluxmuş insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu və nəticədə ölüm riskinin artdığını diqqətə çatdırıblar.
 
Şagirdləri marağlandıran suallar cavablandırılıb, həmçinin İİV-infeksiyasının diaqnostikası, müalicəsi və profilaktikası haqqında ətraflı məlumat verilib. sehiyye.gov.az

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun