05 Oktyabr 2024 | 09:36
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Səhiyyə naziri XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edib

Səhiyyə naziri XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Səhiyyə naziri XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edib
Səhiyyə naziri XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edib

Azərbaycan Respublikasının paytaxtında “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumu keçirilir.

Səhiyyə naziri Teymur Musayev XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edib.

Nazir bildirib ki, bəşəriyyətin üzləşdiyi son qlobal təhlükələr hamımızı parçalanmış dünyanı bərpa etmək üçün sıx əməkdaşlıq etməyə məcbur edir: “Hamının təhlükəsizliyi və sağlamlığının təmin edilməsi son dərəcə aktual məsələyə çevrildiyindən, bugünkü müzakirələr məqsədə çatmaq üçün kollektiv səylərimizi gücləndirəcək. Buna görə də daha yaxşı hazırlıq və adekvat strategiya davamlı qlobal səhiyyə infrastrukturu tələb edir”.

Teymur Musayev qeyd edib ki, səhiyyə sisteminə ənənəvi yanaşma müasir dövrün tələbləri ilə uzlaşa bilməzdi: “İnformasiya texnologiyalarının sürətli inkişafı “Hər kəs üçün sağlamlıq” konsepsiyasının reallığa çevrilməsinə səbəb olub. Səhiyyənin rəqəmsallaşması sektorun yalnız texnoloji baxımdan deyil, öncəliklə mədəni baxımdan transformasiyadır. Rəqəmsal texnologiyalar birgə qərarvermə prosesində həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırır. Bu isə, fərdin sağlamlığı amilini önə çəkən yeni səhiyyə paradiqmasının yaranmasına yol açıb”.

Azərbaycanda İlham Əliyevin prezidentliyi dövründə sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal hökumətə keçid, iqtisadiyyatın şaxələndirilməsi hazırkı suverenliyimizi və regionun aparıcı ölkəsi kimi tanınmağımızı şərtləndirdiyini bildirən nazir vurğulayıb: “Ölkə başçısının rəhbərliyi altında son 20 il ərzində Azərbaycanda milli səhiyyə sisteminin infrastruktur, insan resursları və səhiyyənin maliyyələşdirilməsi baxımından gücləndirilməsi istiqamətində mühüm işlər görülüb”.

Onun sözlərinə görə, dövlət başçısının 25 dekabr 2023-cü il tarixli Sərəncamı iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə fəal töhfə verən, beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan Respublikasının rolunu xüsusilə vurğulayır: “Bunun bariz təsdiqi bu ilin noyabrında COP29-un Bakıda keçirilməsidir”.

2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylik İli” elan edildiyini vurğulayan nazir sağlamlığımızın yaşadığımız mühitlə sıx bağlı olduğunu qeyd edib: “İqlim dəyişikliyi sağlamlığımıza, rifahımıza və təhlükəsizliyimizə əhəmiyyətli dərəcədə təsir göstərir”.

Teymur Musayev, həmçinin “Hər kəs üçün sağlamlıq” konsepsiyasının Azərbaycanda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Azərbaycan Hökuməti işğaldan azad edilən ərazilərin təmir – bərpası istiqamətində misli görünməmiş yenidənqurma işləri aparır: “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə işğaldan azad edilən ərazilərə əhalinin sağlam inteqrasiyası üçün psixoloji dəstək layihəsinə başlayıb”.

“Biz səhiyyə üzrə qlobal əlaqələndirici təşkilat kimi Ümumdünya Səhiyyə Təşkilatını dünya əhalisinin sağlamlığını və rifahını qorumaq üçün norma və standartların müəyyən etməyə çağırırıq”, – deyə Azərbaycan səhiyyə naziri fikrini tamamladı.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun